Design of generalized search interfaces for health informatics
Tonqa | |||||
---|---|---|---|---|---|
Puleʻanga Fakatuʻi ʻo Tonga Kingdom of Tonga | |||||
| |||||
«Ko e ʻOtua mo Tonga ko hoku tofiʻa» (isp. «Tanrı və Tonqo - mənim mirasım») |
|||||
Tarixi | |||||
• Böyük Britaniyadan | 4 iyun 1970 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Nukualofa - 34 min nəfər | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | Tupou VI [ 18.III.2012 ~ ] | ||||
Baş Nazir | Siaosi Sovaleni [ 27.XII.2021 ~ ] | ||||
Sahəsi | Dünyada 189-cu | ||||
• Ümumi | 748 km² | ||||
• Su sahəsi (%) | 4 | ||||
Əhalisi | |||||
• Əhali | 106 min nəfər (196-cı) | ||||
• Siyahıyaalma (2021) | 100 209 nəf. | ||||
• Sıxlıq | 139 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 655 million dollar | ||||
• Adambaşına | 6 496 dollar (136-cı) | ||||
Valyuta | Paanqa | ||||
İnternet domeni | .to | ||||
ISO kodu | TO | ||||
BOK kodu | TGA | ||||
Telefon kodu | +676 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][1] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min). İdarəetmə forması - kontitusiyalı monarxiya. Ali qanunverici orqan - qanunverici məclis (bir palatalı parlament). Ali icraçı orqan - hökumət. Din- protestantizm. Milli bayram - müstəqillik günü- 4 iyun (1970). Polineziya dillərinin çoxunda Tonga sözü «cənub» deməkdir.[2].
Coğrafiyası
Qərbdə yerləşmiş adalar vulkanik, şərqdəkilər mərcan mənşəlidir. Mərcan adalarının səthi təpəvarıdır. Burada maksimal hündürlük 200 m-dən artıq deyildir. Vulkanik mənşəli adalarda isə maksimal hündürlük 1125 m-dir. Tonqa adalarının iqlimi tropik dəniz tiplidir. Adalarda ilin ancaq iki mövsümü: isti və rütubətli keçən yay ( dekabr-may), mülayim və nisbətən quraq keçən qış (may- noyabr) hiss olunur. Adalara 1200-2000 mm yağış düşür. Vulkan mənşəli adalarda çox məhsuldar, qırmızımtıl, mərcan mənşəlilərdə isə vulkan külündən yaranmış torpaqlar üstünlük təşkil edir. 200-ə qədər adanın ancaq ikisindən kiçik çay axır. Vulkanik mənşəli adalarda tropik meşələr bitir.
Tarixi
1643-cü ildə Hollandiya səyyahı Abel Tasman tərəfindən ada kəşf olunmuşdur.
Arxeoloji tədqiqatlardan məlum olur ki, eramızdan iki min il əvvəl polineziyalılar Tonqa adalarına gəlib çıxmış və orada məskən salmışlar. Bizim eranın X əsrində Tonqada tyi-tonqa adlanan müqəddəs rəhbərlərin hakimiyyəti qüvvətlənir. Avropalılara Tonqa adaları 1616-cı ildən məlumdur. Həmin il Holland dənizçiləri Tonqa adalarının bir neçəsini kəşf edirlər.1643-cü ildə məşhur dəniz səyyahı Abel Tasman Tonqatanu adasına qədər gəlib çıxır. Sonradan Tonqa adaları ingilis və ispan dəniz səyyahları tədqiqatçıları tərəfindən daha dəqiq öyrənilir. Tonqaya sahib olmaq uğrunda İngiltərə, ABŞ və Almaniya arasında mübarizə gedirdi. 1900-cu ildə İngiltərə Tonqanı öz protektoratı elan edir. 70 ildən sonra 1970-ci il iyunun 4-də onun müstəqilliyini tanıyır. 1975-ci ildən SSRİ ilə diplomatik əlaqələr yaradır.[3]
Dövlət quruluşuna görə Tonqa krallıq şəklində idarə olunan konstitusiyalı monarxiyadır. Birliyin üzvüdür. Tonqanın ilk konstitusiyası 1975-ci ildə qəbul edilmişdir. Dövlət başçıları kraldır. Tonqada heç bir siyasi partiya və həmkarlar təşkilatı yoxdur. Tonqa krallığı 20 dövlətlə diplomatik əlaqə saxlayır.
Əhalisi
Tonqalılar vahid bir xalq kimi XIX əsrin ortalarına yaxın formalaşmışlar. İkinci dünya müharibəsindən sonra əhalisi sürətlə artır. 1850-ci ildə adalarda 18 min nəfər yaşayırdısa, 1950- ci ildə bu rəqəm 56 min nəfərə, sonrakı illərdə təbii artım daha yüksək olmuşdur. Kişilərin sayı qadınların sayından daha artıqdır. Əhalinin təqribən 70 % kənd yerlərində yaşayanlardır. Tonqada cəmi 3 şəhər var: paytaxtı Nykyalofa (əhalisi 28 min), Panqai(Lifuk adasında) və Nemafu (Babay adasında).
Dövlət dili
Tonqanın rəsmi dövlət dili tonqa və ingilis dilləridir. Polineziya dil ailəsinə mənsub olan tonqa dilinin yazılı əlifbası 1831-ci ildən fəaliyyət göstərir. Əhalisinin böyük əksəriyyəti xristiandır.
İqtisadiyyatı
İngiltərə, Avstraliya, Yeni Zelandiya və Okeaniyada yerləşmiş dövlətlərlə müntəzəm ticarət əlaqələri saxlayır. 1967-ci ilə qədər Tonqanın özünün pul vahidi yox idi. 1978-ci ildə paanqa (Tonqa dolları) adlanan pul vahidi qəbul edir. Ölkəyə daxil olan xarici valyutanın təqribən yarısı turizmdən yararlanır.
Tonqa iqtisadi cəhətdən zəif inkişaf etmiş aqrar ölkədir. Bu ölkədə müasir sənaye müəssisələri demək olar ki, yoxdur. 1970-ci ildən başlayaraq Tonqa hökuməti ölkə iqtisadiyyatını dirçəltmək üçün müəyyən tədbirlər həyata keçirir. Kokos palmasının plantasiya sahələrini genişləndirir, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, meşə sənayesi, balıqçılıq və və yüngül sənayenin inkişafını həyata keçirir. Kopra və banan əsas ixracat məhsullarıdır.
Xarici dövlətlərlə əlaqə ancaq hava və gəmi nəqliyyatıdır.
Mənbələr
- Tonqa monarxının saytı Arxivləşdirilib 2010-07-21 at the Wayback Machine
- Tonqa Qanunverici Assambleyasının saytı[ölü keçid]
- Tonqa hökumətinin saytı
- Tonqa rəsmi statistika saytı
- Tonqa Konstitusiyası[ölü keçid]
- Tonqa rəsmi turizm saytı
- Грудницкая А. Тонга — королевство без короля.
- Tonqa kralı V Corc Tupounun tacqoyma mərasimindən şəkillər[ölü keçid]
İstinadlar
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Tonga" (ingilis). US Department of State. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 октярбря 2008.
- ↑ G.A.Hacıyeva Dünyanın Cırtdan Dövlətləri. Bakı, Elm, 1991