Troy Sivan
Ümumi məlumatlar
Doğum adı Troye Sivan Mellet
Doğum tarixi 5 iyun 1995(1995-06-05) (29 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni-mahnı yazarı, YouTuber, kino aktyoru
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar pop musiqisi, indi-pop, sinti-pop, drim-pop[d], elektropop[d]
Musiqi alətləri piano
Səs tembri bariton
Albom şirkətləri EMI[d], Capitol Records[d]
İmzanın şəkli
troyesivan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Troy Sivan (ing. Troye Sivan; 5 iyun 1995, Yohannesburq[1]) — Avstraliyalı müğənni, mahnı yazarı və aktyor. İlk nailiyyətini 2014-cü ildə təqdim etdiyi "TRXYE[ing.]" mini-albomuna görə əldə edib. Hansı ki, Billboard 200 hit-paradında 5-ci sıraya düşüb. Həmçinin, mini-albomda yer alan sinqlı "Happy Little Pill" Avstraliya hit-paradlarında ilk onluğa daxil olub. Troy, studiya albomu debütünü isə 2015-ci ildə yayımladığı "Blue Neighbourhood" ilə gerçəkləşdirib. Albomdan ilk sinqlı "Youth" Billboard Hot 100 hit-paradında 23-cü yerdə qərarlaşıb.

Troy Sivan tamaşaçı qarşısına ilk dəfə 2006-cı ildə "Channel Seven Perth Telethon[ing.]" televiziya verilişində iştirakçı kimi çıxmışdır. Bu günə qədər vlogger kimi də fəaliyyət göstərir. Özünə məxsus olan YouTube kanalına video yerləşdirməyə 2012-ci ildə start verib.

Troy Sivan, ikinci studiya albomu olan "Bloom[ing.]"-u 2018-ci ildə çıxarıb. Kifayət qədər uğurlu alınan bu albom, Avstraliya və ABŞ-də satış sayına görə ilk beşlikdə yer alıb. Sinqlı "My My My!" Billboard Dance Club Songs hit-paradında birinci sıraya yüksəlib.

Troy Sivan 2008-ci ildə çəkilmiş "İks-adamlar: Başlanğıc. Şimal porsuğu" filmində Volverinin gənc obrazını canlandırıb. Eyni zamanda, "Spud" film trilogiyasında (2010, 2012, 2014) eyniadlı baş rolu oynayıb. O, 2018-ci ildə "Boy Erased[ing.]" adlı bioqrafik filmə görə yazdığı "Revelation" mahnısına görə "Ən yaxşı orijinal mahnı" kateqoriyasında “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. Troy, həmin filmdə ikinci dərəcəli rol da ifa etmişdir. 2022-ci ildə The Weeknd ilə "The Idol[ing.]" serialına çəkilib.

Həyatı

5 iyun 1995-ci ildə CAR-da, Yohannesburq şəhərində doğulub.[2][3] Anası bir vaxtlar Cənubi Afrikada dəb üzrə model olmuş evdar qadın, atası sahibkar və daşınmaz əmlak agenti olub.[4][5][6] İki yaşında olarkən, valideynləri ölkədəki cinayətin artmasına görə onu və üç qardaş-bacısını götürərək, Qərbi Avstraliyanın Pert şəhərinə köçüblər.[7] Ortodoks-yəhudi ailədə böyüsə də, özünü hər hansı bir dinə mənsub hesab etmir. Anası, onun Litva yəhudilərindən olan atası ilə evləndikdən sonra İudaizmi qəbul etmişdir. Troy Sivanın nənəsi holokostdan canını qurtarmaq üçün CAR-a sığınmışdı.[8][9][10][11][12] O, təhsilini Pertdəki özəl Ortodox–yəhudi məktəbi olan "Carmel School"-da alıb. 2009-cu ildən sonra distant təhsilə keçib.[13]

Şəxsi həyatı

7 avqust 2013-cü ildə, ailəsinə açıldıqdan üç il sonra, YouTube-da paylaşdığı videosunda gey olduğunu bildirib.[14] Marfan sindromunun yüngül formasına sahibdir.[15] Keçmişdə dismorfofobiyadan əzziyət çəkib.[16]

Diskoqrafiya

border=none Əsas məqalə: Troy Sivan diskoqrafiyası

Filmoqrafiya

Rol aldığı filmlər

İl Ad Rol Qeydlər
2009 X-Men Origins: Wolverine Gənc James Howlett [17]
2010 Spad[ing.] John "Spud" Milton [18]
2013 Spad 2: Dəlilik davam edir[ing.] John "Spud" Milton
2014 Spad 3: Uçmağı öyrənirik[ing.] John "Spud" Milton
2018 Boy Erased[ing.] Gary [19]
2022 Üç ay[ing.] Caleb [20]
2023 Trolls Band Together[ing.] Floyd Səs rolu[21]

Televiziya işləri

İl Ad Rol Qeydlər
2006–2008 Channel Seven Perth Telethon[ing.] Özü Openinq akt[22]
2007 Star Search Özü Finalist[23]
2015 The Tonight Show Starring Jimmy Fallon[ing.] Özü Xüsusi musiqiçi qonaq
2016 The Ellen DeGeneres Show[ing.] Özü Qonaq (mövsüm 14, epizod 31)
The Late Late Show with James Corden[ing.] Özü Qonaq; intervü
The Tonight Show Starring Jimmy Fallon Özü Qonaq
2018 The Ellen DeGeneres Show Özü Qonaq; intervü (mövsüm 14, epizod 31)
Saturday Night Live[ing.] Özü Qonaq; epizod: "Jessica Chastain / Troye Sivan"[24]
2019 RuPaul's Drag Race Özü Qonaq münsif (mövsüm 11, epizod 3)[25]
The Kacey Musgraves Christmas Show[ing.] Özü Qonaq[26]
2021 Drag Race Down Under[ing.] Özü Qonaq münsif (mövsüm 1, epizod 3)[27]
2021 Savage X Fenty Show Vol. 3[ing.] Özü Model[28]
2023 The Idol[ing.] Xander 2-ci dərəcəli rol[29]

Teatr

İl Ad Rol Qeydlər
2007 Oliver![ing.] Oliver Tvist[ing.] Regal Theatre
2010 Qodonu gözləyərkən Boy His Majesty's Theatre[30]

İstinadlar

  1. 1 2 Deutsche Nationalbibliothek Record #1060402602 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "17. Troye Sivan: 21 Under 21 (2014)". Billboard. 10 September 2014. 19 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2023.
  3. Bruner, Raisa. "Troye Sivan Is the Perfect Pop Star for 2018". Time. 23 August 2018. 19 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2023.
  4. Law, Benjamin. "Troye Sivan, the most famous teenager you've never heard of". The Sydney Morning Herald. 27 February 2015. 20 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 April 2016.
  5. Schulman, Michael. "Troye Sivan's Coming of Age". The New Yorker. 17 June 2019. 18 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2019.
  6. McLaughlin, Rhett; Neal, Charles. "Ep. 29 Troye Sivan". Ear Biscuits (Podyayım). 19 April 2014. 21 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2015.
  7. Tan, Monica. "Troye Sivan: I came into the music industry as an out person". The Guardian. 4 December 2015. 11 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2023.
  8. Adams, Cameron. "YouTube sensation Troye Sivan on his debut album, being gay and being a gay role model". news.com.au. 2 December 2015. 21 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  9. Hall, Jake. "Troye Sivan on the queer politics of his new video". Dazed. 19 January 2017. 7 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  10. Frank, Alex. "Troye Sivan: atomic blonde". Dazed]. 14 March 2018. 19 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2018.
  11. "Troye Sivan On Sunrise" (video). Sunrise (Australian TV program). 30 August 2023. 6 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 September 2023 – Facebook vasitəsilə.
  12. Jasman, Asri. "Tsu Lange Yor: Troye Sivan and Brother, Steele Mellet, Find Home". Esquire. 23 October 2023. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2024.
  13. Reilly, Gabrielle. "Troye Sivan Interview". The Global Townhall. 25 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2015.
  14. "Troye Sivan Gay: Australian Actor Comes Out On YouTube". HuffPost. 9 August 2013. 21 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2014.
  15. "Troye Sivan". Tumblr. 25 January 2013. 20 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 April 2016.
  16. Daw, Stephen. "Troye Sivan Responds to Body Diversity Critiques of His 'Rush' Music Video: 'It Wasn't a Thought We Had'". Billboard. 18 July 2023. 18 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 July 2023.
  17. "Troye Sivan, Young Logan in X-Men Origins: Wolverine, Comes Out on YouTube". E! News. 8 August 2013. 6 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2022.
  18. Hunter, Brooke. "Troye Sivan Spud Interview". 6 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2022.
  19. Rochlin, Margy. "Q&A: Actor-musician Troye Sivan relishes his 'absolutely gift of a scene' in 'Boy Erased'". Los Angeles Times. 9 December 2018. 5 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2022.
  20. "Troye Sivan shares second new tune from Three Months". Out in Perth. 28 February 2022. 26 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2022.
  21. Yee, Lawrence. "Trolls Band Together Cast and Character Guide: Who Voices Who". TheWrap (ingilis). 17 November 2023. 2 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2023.
  22. "Troye Sivan before he was famous". The West Australian. 7 September 2016. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  23. "Troye Sivan makes Time Magazine's list of most influential teenagers". The Sydney Morning Herald. 15 October 2014. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  24. "Troye Sivan Performs 'My My My!' & 'The Good Side' on 'SNL'". Billboard. 21 January 2018. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  25. "Troye Sivan, Tiffany Pollard, Natasha Lyonne & More Announced As Guest Judges For 'RuPaul's Drag Race'". Billboard. 19 February 2019. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  26. "Listen to Kacey Musgraves and Troye Sivan's magical Christmas song Glittery". Gay Times. 29 November 2019. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  27. D'Souza, Shaad. "RuPaul's Drag Race Down Under Recap: Gobbysmacked". Vulture. 15 May 2021. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.
  28. Henderson, Taylor. "Rihanna Enlists LGBTQ+ Stars & Drag Queens for 3rd Savage X Fenty Show". Yahoo! News. 13 September 2021. 13 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
  29. Eg Perry, Kevin. "Troye Sivan: "Am I Ever Gonna Quit Music to Be a Full-Time Actor? No."". Evening Standard. 18 May 2023. 19 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2023.
  30. "The life of Troye". The West Australian. 4 November 2010. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2023.

Xarici keçidlər