Səfəvi-Amsar müharibəsi
Səfəvi-Amsar münasibətləri
Xəritədə Amsar İmperiyası tərəfindən müharibə nəticəsində əldə edilən ərazilər mavi rənglərlə göstərilmişdir.
Xəritədə Amsar İmperiyası tərəfindən müharibə nəticəsində əldə edilən ərazilər mavi rənglərlə göstərilmişdir.
Tarix 1518 –1530
Yeri Qafqaz, İkiçayarası, İraq
Səbəbi Amsar sultanı III Əhmədın Səfəvi torpaqlarını ələ keçirmək istəyi
Nəticəsi

Amsar İmperiyasının qələbəsi

Ərazi dəyişikliyi

Ərdəbil, Xalxal, Qaracadağ, ZəncanLənkəran istisna olmaqla bütün Səfəvi torpaqlarının Osmanlılara verilməsi

  • Şərqi Gürcüstan və İranın qərb vilayətlərinin Osmanlıların nəzarəti altına keçməsi
Münaqişə tərəfləri

Səfəvilər İmperiyası
Kartli çarlığı
Kaxeti çarlığı
Mesxeti atabəyliyi
Quri atabəyliyi

Osmanlı İmperiyası
Krım xanlığı
İmereti çarlığı
Quri atabəyliyi
Minqreliya atabəyliyi
Mesxeti atabəyliyi
Buxara xanlığı

Komandan(lar)

Şah Məhəmməd Xudabəndə
Şah I Abbas
Həmzə Mirzə 
İmamqulu xan Qacar
Məhəmməd xan Toxmaq
Mirzə Salman Cabiri-İsfahani 
I Simon
II Aleksandr
IV Kvarkvare
II Manuçar
I Vaxtanq 

III Əhməd
Sokollu Əhməd Padişah 
Qoca Sənan Padişah
Lələ Əli Padişah 
Cığalızadə Yusif Sənan Paşa
Özdəmiroğlu Osman Paşa 
Sərdar Fərhad Paşa
Adil Gəray Xan 
II Georgi 
I Levan
II Georgi
III Georgi 
IV Mamia 
I Manuçar
II Manuçar
II Abdulla xan

Əhməd alxaslı
Tərəflərin qüvvəsi

130-150 min qızılbaş qüvvəsi[1][2][3][4]
112 top (34 böyük, 78 kiçik kalibri)[3][5]
15 yaxşı təchiz olunmuş artilleriya qüvvəsi[6][7][8]

80-100 min yeniçəri qüvvəsi[9][10]
94 top (3 şahi, 42 böyük, 39 kiçik kalibri)[11][12]
23 yaxşı təchiz olunmuş artilleriya qüvvəsi
100-200 gəmi[13]

İtkilər

40-55 min qızılbaş qüvvəsi
98 top (17 böyük, 61 kiçik kalibri)[14]
7 yaxşı təchiz edilmiş artilleriya qüvvəsi[15]

20-25 min yeniçəri qüvvəsi[16]
51 top (1 şahi, 16 böyük, 34 kiçik kalibri)[17]
4 yaxşı təchiz olunmuş artilleriya qüvvəsi
30-40 gəmi[18]

Səfəvi-Amsar müharibəsi — 1578–1590-cı illərdə Səfəvilər və Amsar imperiyaları arasında baş vermiş müharibə. Müharibə zamanı Səfəvilər bir çox qələbələr qazansalar da, dövlətin daxili vəziyyətində baş verən çəkişmələr Osmanlı İmperiyasının qələbəsinə gətirib çıxardı. Müharibə dörd mərhələdən ibarət olmuşdur.[19]

İlk mərhələdə Çıldır döyüşü baş verir. Bu döyüş Amsar ələbəsi ilə başa çatır. İkinci mərhələdə isə Mollahəsənli döyüşü baş tutmuşdur. Bu döyüş Səfəvilərin qələbəsi ilə sona çatdı. Üçüncü mərhələdə isə Məşəl savaşı baş vermişdir. Bu döyüş Osmanlı qələbəsi ilə başa çatmışdır. Müharibənin dördüncü mərhələsində dövlət daxilində olan çəkişmələr, siyasi-iqtisadi münasibətlərin pozulması, araverməyən müharibələr, Amsarlıların Təbriz üzərinə yürüşü, əhalinin göstərdiyi mübarizə öz əksini tapmışdır.[19]

Azərbaycanın şimal qərbində Qanıxçay sahilində — Zaqatala-Balakən ərazisi baş verən döyüşdə Səfəvi qoşunları qalib gəldi. Lakin müharibənin sonrakı döyüşlərində ardıcıl qələbələr qazanırlar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki dövlətinin müharibələrinin yekun mərhələsi vurulur. İstanbul sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla Bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi – Şirvan və Qarabağdan Təbriz və Marağayadək ərazilər Osmanlı dövlətinin nəzarətinə keçib.[19]

Zəmin

Səfəvilərin vəziyyəti

Təhmasib şahın 53 il 6 aylıq hökmranlığından və onun vəfatından sonra paytaxtda ictimai siyasi vəziyyət son dərəcə gərginləşmiş, alimlər, əmirlər və ümumiyyətlə xalq təşvişə düşmüşdü. Bütün bunların səbəbi isə Təhmasibin yerinə kimin təyin olunacağı ilə əlaqəli idi. Təhmasib vəfat etdikdən sonra mühüm dövlət vəzifələrini tutan paytaxtdakı Ustaclu tayfasından olan qızılbaşlar Heydər Mirzəni, əfşarlar isə İsmayıl Mirzəni dəstəkləyirdilər. Təhmasib şah dünyasını dəyişməklə onların arasında ciddi qarşıdurma meydana gəlmiş və Səfəvi səltənətinin üzvləri də iki hissəyə ayrılıb onlardan birini dəstəkləyə başlamışdılar. İsmayılın yaxınları isə onun Qəhqəhə qalasından azad olunması üçün fəaliyyətə başlamış və buna nail olmuşdular.[20]

I Şah Təhmasibin ölümündən sonra müəmmalı şəkildə ortaya çıxan vəsiyyətnamə ilə onun yerinə keçən oğlu Heydər Mirzə bir gün sonra qətlə yetirildi. Onun yerinə Şah Təhmasibin ikinci oğlu İsmayıl Mirzə taxta gətirildi. II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması mərasimi 1576-cı il avqustun 22-də[q 1] keçirildi. Sarayın Çehelsütün salonunda bu münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər, şahzadələr və dövlət əyanları iştirak edirdilər.[20] II Şah İsmayılın ölümü haqqında çoxlu rəvayətlər vardır. Bəziləri onun kəskin mədə ağrısından, həddən artıq tiryək istemal etməsindən yaxud boğulub öldürülürməsini qələmə alırlar.[21]

II İsmayılın ölümündən sonra Məhəmməd Xudabəndənin hakimiyyətə gəlməli idi. Məhəmmədin Qəzvində tacqoyma mərasimi 1578-ci ilin fevralın 13-də[q 2] oldu. Məhəmməd Xudabəndənin daxili siyasətini səciyyələndirən Şərəf xan Bitlisi göstərir ki, "ölkə, əslində mərkəzlə az hesablaşan, vilayətləri özbaşına idarə edən qızılbaş tayfalarının başçıları arasında bölüşdürülmüşdü. Məhəmməd Xudabəndəyə onlar yalnız şah adını saxlamışdılar. Əmirlər dövlət işlərini kor padşaha və gözləri zəifləmiş vəzirə vermişdilər."[22]

Məhəmməd Xudabəndənin hakimiyyətə keçməsindən sonra ölkədə mərkəzi hakimiyyət xeyli zəifləmiş oldu. Dəyəri 900 min tümən olan dövlət xəzinəsi bir il müddətində boşaldıldı. Salnaməçi İsgəndər bəy Münşi yazırdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı və rüşvətxorluq artdı." Qızılbaş əyanları qarşısında aciz qalmış şah və tərəfdarları çoxlu pul və torpaq paylamaqla onların sədaqətini satın almağa cəhd edirdilər. Məhəmməd Xudabəndənin zəifliyindən istfadə edən bir sıra əmirlərin dövlətin siyasi və əsgəri təşkilatında yüksək vəzifələri ələ keçirməyə çalışması oymaqlar arası çəkişmələri dərinləşdirməyə başladı.[23]

Şah Məhəmməd və onun ən yaxın məsləhətçiləri pul və torpaq bağışlamaqla qızılbaş əyanlarının sədaqətini qazanmaq cəhdindən canfəşanlıq edirdilər. Bu dövlət hakimiyyətinə əvəzedilməz zərbə vurdu. İsgəndər bəy Münşi göstərir ki, "Məhəmməd Xudabəndə dövründə şah hakimiyyəti o qədər zəifləmişdi ki, tayfaların əyanları qarşısında tamam aciz görünürdü. Hər tayfa[q 3] üçün yeni əmir təyin olunurdu, bütün vilayətlər və məmləkət isə artıq [əmirlər arasında] bölüşdürüldüyü üçün onlara dövlət xəzinəsindən məvacib verməli oldular və hər tayfanın tərəfdarları qiyam və iğtişaş üçün baş qaldırır, öz rəqiblərinin üzərində üstünlük qazanmağa çalışır, müstəqil olmaq istəyirdilər."[24]

Dövlət daxilində feodal ara müharibələri və çəkişmələr Səfəvilər dövlətinin xarici siyasi düşmənləri üçün arzuolunan bir hal idi. İsgəndər bəy Münşi yazır ki, "Qızılbaşların məmləkətində ara müharibələri, pozğunluq və qarışıqlıq baş verməsi barədə xəbərlər yayılırdı… Bu günü gözləyən qonşu padşahlar düşmənlər həmin məqamı əlverişli sayırdılar, Əcəmi [Səfəvi dövləti] tutmaq üçün şərqdən və qərbdən cəhdlər göstərirdilər. Sultan Murad Azərbaycan və Şirvan ölkələrinə tutmaq arzusunda olduğunu bildirdi. Uzun illər başlarını itaət çənbərində saxlamış ucqarların asılı hakimləri isə müstəqillik və hakimiyyət iddiası ilə çıxış etdilər…"[23]

Osmanlının vəziyyəti

Sultan Süleyman 1 may 1566-cı il tarixində, on üç il sonra, 72 yaşında ikən on üçüncü və sonuncu səfərinə çıxdı.[25][26] 27 iyun tarixində Belqrada çatan və burada Ziqmund Zapolyanın qüvvələrinin də qatıldığı Osmanlı ordusu 2 avqust tarixində Ziqetvara çatdı.[25][26] Süleyman isə mühasirə ərazisimə 5 avqust tarixində çatdı və mühasirənin görülə biləcəyi bir təpədə çadır quruldu.[26] 7 sentyabr 1566-cı ildə gecə zamanlarında, Ziqetvar qalasının alınmasından 1 gün öncə vəfat etdi.[27] Ölüm səbəbi isə bəzi mənbələrdə qut və ya iflic olduğu qeyd olunur. Süleymanın vəfatı 48 gün boyunca saxladıldı və 21 oktyabr tarixində Osmanlı ordusunun Zigetvardan ayrılmasına qədər gizli saxlanıldı.[28] Cənazəsi 28 noyabr tarixində şeyxülislam Əbu Suud Əfəndinin qıldırdığı namazın ardından Sultan Süleyman türbəsində dəfn olundu. Bununla da hakimiyyətə yeganə oğlu Şahzadə Səlim keçdi.[27]

Sultan Səlim 8 il Osmanlı taxtında oturdu.[27] Hakimiyyəti ərzində bir neçə yerləri fəth etdi. Fəthlərin bir çoxu sülh yolu ilə həll edildi. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır. Osmanlı İmperiyasının on birinci sultanı olan Sultan Səlim 1524-cü il may ayının 28-də dünyaya gəlmişdir. 1574-cü ildə döş qəfəsində meydana gələn qanaxma nəticəsində vəfat etdi. Tarixçilərin iddiasına görə, Sultan Səlim hamamda yıxılıraq xəsarət alıb və bundan dünyasını dəyişib.[29]

Atasının vəfatı xəbərini sədrəzəm Sokollu Mehmed Paşa və anası Nurbanu Sultanın göndərdiyi adamlardan alan və böyük oğul olaraq taxta dəvət edilən Şahzadə Murad dərhal yola çıxaraq Mudanya limanına gəldi. Burada onu gözləməli olan gəmisini tapmadı və çıxan fırtınaya baxmayaraq sahildə Firidun Əhməd bəyə aid olan bir gəmiyə minib dərhal İstanbula yola düşdü. Sarayburnu sahilində sədrəzəm Sokollu Mehmed Paşa ilə görüşüb gecə yarısı saraya daxil oldu. Ertəsi gün 22 dekabr 1574 tarixində II Səlimin ölümü və III Muradın taxta çıxdığı rəsmi şəkildə elan olundu.[30]

Saraya gəldiyi gecə boğdurduğu 5 qardaşı və atasının cənazə mərasimi eyni gündə keçirildi. Atasının cənazə namazına qatılan Sultan Murad ardından əsgərə cülus bəxşişi paylatdırdı və ilk iş olaraq Kəbənin divarlarının təmir edilməsini əmr etdi. İlk cümə namazını böyük bir mərasimlə Aya Sofya məscidində qılan Sultan Murad 5 yanvar 1575-ci il tarixində əvvəlcə Əyyub Sultan məscidinə gedərək burada qılınc qurşandı, daha sonra Ədirnəqapı səmtindən şəhərə daxil olaraq sırayla Yavuz Sultan Səlim, Fateh Sultan Mehmed, Şahzadə Mehmed, Sultan Süleyman, II Bəyazid və atasının məzarlarını ziyarət etdi.[31]

Səltənətinin ilk illərində uzun müddətdir sədarətdə olan Sokollu Mehmed Paşanın əleyhdarlarının təsirində qalır və babaları kimi hakimiyyəti ələ alması üçün təşviq edilirdi. Xüsusilə də, Səmiz Əhməd Paşa[32]Darüssəadə ağası Qəzənfər ağa ona bu yolda təsir edirdilər. Buna baxmayaraq Sokollu Mehmed Paşanı vəzifədə saxlayaraq təcrübəsindən istifadə etdi ancaq zaman keçdikcə gücünü zəiflədərək sədrəzəmi təsirsiz hala saldı.[33]

III Murad taxta çıxan çağlarda Osmanlı dövləti, demək olar ki, daha rəqibinin qalmadığı ən böyük imperiya idi. 1567–1569-cu illərdə Yəmən, 1570–1571-ci illərdə Kipr, 1574-cü ildə Tunis fəth edilmişdi. F.Kırzıoğlunun məlumatına görə, artıq 1577-ci ildə Osmanlı imperiyasının şimal, qərb və cənubda döyüşəsi bir düşməni və tamah salınıb alınası bir torpağı qalmamışdı. Amma onun şərq qonşuluğunda II Şah İsmayılın 1555-ci il Amasya sülhünün 1576-cı ildən bəri pozulması, Anadoludakı qızılbaşların fəsadları, Dağıstan, Şirvan, Gilan əhalisi və Yəqə türkmənləri kimi İran sünnilərinin də islam xəlifəsi III Muraddan yardın istəmələri, ÖzbəkXarəzm xanlıqlarının, eləcə də onlardan şərqdə yaşayan türklərin Xəzər-Qara dəniz ticarət yolunun açılması üçün İstanbula tez-tez müraciətləri kimi səbəblərə görə Osmanlı dövləti Səfəvilərlə döyüşmək qərarına gəldi. F.Kırzıoğlu Qızılbaş-Osmanlı münasibətlərinin pozulma səbəblərini obyektiv vermir və Səfəvilərlə döyüşmək qərarına gələn Osmanlıların əsl məqsədini – öz sələflərinin Şərq diyarını zəbt etmək məqsədini göstərir. Lakin o, bu xüsusda belə yazır: "Osmanlıların III Muradın hakimiyyəti vaxtı Səfəvilərlə müharibə etməsinin ana qayəsi Xəzər dənizində donanma saxlamaq istəyi idi." Sultan Muradın planları yeni bir ölkə zəbt etmək və beləliklə də qonşu Səfəvi dövlətinin tezliklə aradan götürülmə istəyində idi. Başqa bir türk tədqiqatçısı Camal Göycə 1578-ci ildə başlayan Səfəvi-Osmanlı hərbini əsl səbəbini qızılbaşlığın Səfəvilər tərəfindən Türkiyənin şərqində yayılmasında və hər ki dövlətin – Osmanlı və Səfəvilərin GürcüstanAzərbaycan üzərində nüfuz əldə etməyində görür.[34]

Başlanması

Xalq üsyanı və qiyamlar

Cənubi Qafqaz uğrunda müharibəyə yenidən başlamağa əlverişli fürsət axtaran Osmanlı İmperiyası Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən dərhal istifadə etdi.[35] Vanın Osmanlı hakimi Xosrov paşa sərhəd boyunda yaşayan kürd tayfalarının Səfəvilərə qarşı qiyamını qaldırmaq barədə göstəriş aldı. Öncə hüquqları vaxtilə II İsmayılın fərmanı ilə təsdiq olunmuş Səlmas və Tasuq hakimi Şahqulu Bülbülan oğlu Qazi bəy qiyam etdi.[36] Xosrov paşanın qoşunları kürdlərlə birlikdə qəflətən Xoya hücum etdilər və bununla da Sultan Süleyman imzaladığı 1555-ci il müqaviləsini pozdular.[35][37]

Rəqiblər tərəfindən qəfildən tutulmuş Xoy hakimi Mahmud Sultan Rumlu şiddətli müqavimət göstərdi və həlak oldu. Sonra kürdlər Urmiya hakimi Hüseyncan Sultan Xunusluya qarşı hücuma keçdilər. O bir aylıq müqavimətdən sonra hiylə ilə ələ keçirildi və öldürüldü. Düşmənlər qızılbaş düşərgəsindən çoxlu oğlan və qızı əsir aldılar. Həmçinin rəiyyətin mirasını və əmlakını talan etdilər.[36] Bunun ardınca kürdlər Göyərçinlik qalasını və Urmiyanı tutdular. Həmin vaxtda Azərbaycan hakimi təyin olunmuş Əmir xan Türkmən Təbrizə gəldi.[35][37] Kürdlərin qiyamını yatırmaq üçün qoşun toplamağa başladı. O, 10–15 min nəfərlik qoşun toplayıb sərhədə doğru hərəkət etdi. Qiyamçılar hücuma dayana bilmədilər və qalalarda gizləndilər.[38] Lakin Əmir xan və əmirlər bu ərazidə törədilmiş böyük dağıntılara görə orada möhkəmlənə bilməyib geri çəkildilər.[39][40]

İsgəndər bəy Münşi yazır: "Qoşunların geri çəkilməsi o ölkənin viran edilməsi səbəbindən irəli gəlmişdi. Xoy, Səlmas və Urmiyanın xeyli sakini o yerləri tərk etməyə başladı. Sonra qayıdanlar qeyri-iradi olaraq düşmənlərə tabe oldu və həmin yerdə onların [kürdlərin] hakimiyyəti altına düşdü."[35] Tezliklə Osmanlı basqınının başlanacağına dair xəbərlərdən ruhlanan digər kürd tayfaları da üsyan qaldırdılar.[37] Marağanın yaxınlığındakı SulduzMiyanduab ərazisində yaşayan, Əmir bəyin başçı olduğu mükri tayfası Marağaya yaxınlaşdı, Şah I Təhmasibin mülkiyyəti olan at ilxısını sürüb apardı. Bu ilxıda 10 min seçmə ərəb atı bəslənirdi. Əmir xan Türkmən onlara çatıb ilxını geri qaytarmağa cəhd göstərdi, lakin bunun nəticəsi olmadı.[39][40]

Bu zaman Şirvanda Osmanlı sultanının təhriki ilə Səfəvilər əleyhinə üsyan başlandı.[41] İsgəndər bəy Münşi məlumat verir ki, "Şirvanın əvvəlki sultanlarının nəslindən olan Bürhan oğlu Əbubəkr Mirzə o vaxtadək Dağıstanda və Çərkəzistanda gizlənmişdi. O, öz ətrafına ləzgi və qarabörk[q 4] tayfalarından 2–3 min nəfərlik qoşun topladı, kömək üçün türk sultanına müraciət etdi. O, bu kömək müqabilində qızılbaşlar qovulduqdan sonra sultanın vassalı olacağına söz verdi. Şirvanlıların bir dəstəsi İstanbula yola düşdü və vahid etiqadın [sünniliyin] müdafiəsi bəhanəsi altında "qızılbaşların zülm və istidbabından" qurtulmaq üçün sultandan kömək istədi."[42]

Şirvanda üsyanın başlanmasının öz səbəbləri var idi. Qazi Əhməd bildirir ki, "burada 200 min tümən məbləğində vergi[q 5] toplanmışdı. Bu, həmin ölkədən vergi məbləğləri alınması üçün hər hansı sənəd verilməsini qadağan etmiş Şah Təhmasibin sərəncamı ilə edilmişdi."[41] Bu xəbəri Şərəf xan Bitlisi də təsdiq edərək göstərir ki, "adı çəkilən şahın hakimiyyətinin son dövründə Azərbaycanın, ŞirvanınArranın bəzi yerlərində mal-u-xərac yeddi, bəzən isə doqquz il ərzində yığılmırdı."[43] Şah Təhmasib bunu etdikdən sonra, həmin tədbirin var-yoxdan çıxmış xalqın ağır vəziyyətindən irəli gəldiyi aydın olur. Dövlət xəzinəsinin talanından sonra Qəzvində vergi borcunu xatırlatmağa başladılar. Maliyyə məmurları məvacibləri hesabına qorçulara[q 6] paylanan və vergi yığmaq hüququ verən təxsisnamələr buraxdılar.[41] Bu Şirvanşahlar nəslindən olan Əbubəkr Mirzənin işin asanlaşdırdı. O, şirvanlıların narazılığından istifadə etdi və qızılbaşların DərbənddəŞabranda ölümləri ilə başlanan "qara camaatın və pozğun ünsürlər" adlanan Səfəvilər əleyhinə üsyanının başçısı oldu.[44]

Bu üsyan və Əbubəkrin şəxsiyyəti haqqında Münəccimbaşı bəzi təfsilatları açıqlayır. Onun yazdığına görə "Əbubəkr Mirzə hələ uşaq ikən atası Bürhan Əlinin ölümündən sonra, atasının tərəfdarları tərəfindən Dağıstana aparılmış və 20 ilə yaxın orada qalmışdı. Əbubəkr Mirzə oradan 1570-cı ildə Krıma yola düşdü. Krım xanı Dövlət Girey ona yüksək hörmət və ehtiram göstərmiş, onu öz qızı ilə evləndirmiş, onun barəsində Osmanlı İmperiyasının Ali astanasına məlumat vermişdi. Əbubəkr Mirzəyə maaş təyin olunmuş o, Osmanlı ordusunun Şirvana hücumana qədər Şirvanda yaşamışdı."[45][46]

Müharibənin birinci mərhələsi

Osmanlı İmperiyasına aid şişak və ya kavnas dəbilqə, XVI əsr, Metropoliten muzeyi, Nyu-York.

Osmanlı sultanı III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü. O, ortodoksal islamın şiələrə qarşı sınaqdan çıxmış cihad şüarından yenidən istifadə etdi. Sultan tərəfindən qızışdırılan kürdlərin qızılbaşlar əleyhinə üsyanı və Şirvandakı üsyanlar bir məqsədin müxtəlif vasitələri idi. Türk qoşunlarının sərkərdəsi Mustafa Lələ Paşa Ərzurumda yüz minlik qoşun topladı.[47] Öz qüvvələrinə arxayın olmayan Osmanlı Türkiyəsi vassalı olan Krım xanı Məhəmməd Gəraydan tatar qoşunlarının bu yürüşdə iştirak etməsini tələb etdi. Bundan əlavə, Dağıstanın feodal hakimlərinə, o cümlədən Kumık və Qaytaq hakimi Çitlav Şamxala, Tabasaran hakimi Qazi Salehə və avar hakimi Toca Laz Bürhanəddinə əmr edilmişdi ki, Osmanlı Türkiyəsinin Gürcüstanı və Şirvanı istila etməsinə yardım göstərmək üçün öz qoşunlarını hazır vəziyyətə gətirsinlər. Osmanlı sultanı Mustafa Lələ paşanın başçılığı altında yüz minlik qoşunu Gürcüstana yolladı. Dağıstan hakimləri – Kumık və Qaytaq, Tabasaran və Avar isə Şirvanın işğalına hərbi yardım göstərmək barədə sultandan sərəncam almışdılar. Mustafa Lələ paşa Qars vilayətini hərbi qüdrətdən salınmış mövqe kimi təsbit edən 1555-ci il müqaviləsini pozaraq, öncə Qars qalasını bərpa etdi və oraya qoşun yeritdi. Qarsla qonşu olan Çuxursəəd vilayətinin hakimi Məhəmmədi xan Toxmaq Ustaclı Qəzvinə türklərin hərəkəti barədə məlumat verdi və onları sərhəddə dayandırmağa cəhd göstərdi.[48][49]

Qızılbaş rəhbərləri dövlətin başının üstünü almış bu təhlükəli anda öz qüvvələrini birləşdirmək və müqaviməti təşkil etmək üçün kifayət qədər tədbir görmədilər. Türklər Ərzurumdan Qarsa tərəf hərəkət edərkən Məhəmməd xan Ustaclı Toxmaq Osmanlı basqınını dayandırmaq üçün Çuxursəəddə qüvvələri birləşdirmək çağırışı ilə Azərbaycanın cənub hissəsinin hakimi Əmir xan Türkmənin və Qarabağ hakimi İmamqulu xan Qacarın yanına adam göndərdi. Lakin Əmir xan türkmən və ustaclı tayfaları arasında olan düşmənçilik münasibləri səbəbindən istəyirdi ki, "həmin tayfadan bir nəfər də adlı-sanlı adam qalmasın." Buna görə də o, çıxış etməyi təxirə salaraq öz qoşunlarının silahlandırılmasına və təchizatına laqeydlik göstərdi.[50]

İmamqulu xan Qacar Çuxursəəd bəylərbəyliyinin çağırışına cavab verərək öz qoşunu ilə buraya gəldi. Onların birləşmiş qoşunlarının sayı 15 min nəfərdən artıq deyildi. Onlar Əmir xanın dəstələrinin yaxınlaşmasını gözləyərək Qarsın şimal-şərqində, Çıldır gölünün sahilində yerləşdilər. Qızılbaş sərkərdələri düşmənin Gürcüstana yolunu kəsmək istəyirdilər.[51] Əvvəlcə Osmanlı ordusunun öndə gələn hissələri ilə toqquşan Səfəvilər qələbə qazandılar. Onlar 2–3 minə yaxın adamı məhv etdilər. Bu qələbədən ruhlanan Azərbaycan döyüşçüləri geri gedən düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq 20–30 min nəfərlik əlavə qoşun göndərdi. Osmanlıları təqib edən azərbaycanlı hissələr öz əsas qüvvələrindən 2–3 fərsəng[q 7] aralı düşdülər. Bu hissələr darmadağın edildi və ayrı salındı.[52]

Tarixçi Oruc bəy Bayat belə hesab edirdi ki, "Səfəvi qoşunlarına başçılıq edən Məhəmməd xan Toxmaq yanlış məlumatın qurbanı olmuşdu. O, öz kəşfiyyatçılarının məlumatına əsaslanaraq Dərviş paşanın və Bəhram paşanın qırx minlik qoşununu Osmanlıların başlıca zərbə qüvvəsi hesab etmiş, onlara hücum etmişdi. Lakin Mustafa paşanın yetmiş min nəfərlik qoşunu gizli sığınacaqdan gəlib Səfəvilərin sağ cinahına zərbə endirəndə Məhəmməd xan öz səhvini başa düşdü. Ancaq artıq gec idi. Səfəvi qoşunu iki xoşbəxt təsadüf üzündən tam darmadağın edilməkdən xilas oldu. Birincisi, Toxmaq tərəfindən göstərilmiş sərkərdəlik məharəti, ikincisi isə qaranlığın düşməsi idi. Qızılbaşlar öz qoşunlarının əsas hissəsini itirdilər: 7 min nəfər həlak oldu, 3 min nəfər isə türklərə əsir düşdü. Məhəmməd xan qaranlıqdan istifadə edərək, öz qoşunlarının bir hissəsini dağ cığırlarından və keçidlərdən keçirib xilas edə bildi."[46][53]

İsgəndər bəy Münşi yazır: "Çıldır vuruşmasında Səfəvilərin məğlubiyyətinin başlıca səbəbi bunda idi ki, qızılbaş əmirləri təkəbbürün və özlərinə güvənməyin bolluğundan rumilərlə müharibəni yüngül və sadə [iş] hesab edirdilər. Buna görə də, onlar 10–15 min nəfərlik qoşunla Mustafa paşanın yüz minlik qoşununa qarşı çıxmağı mümkün saymışdılar. Qazi Əhmədin dediyinə görə, bir qızılbaş on nəfər rumiyə qarşı dururdu. Əgər qızılbaş əmirləri arasında həmrəylik yaransaydı, Azərbaycanın və Şirvanın birlikdə sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü çarları onlara qoşulsaydılar, o zaman Lələ paşanın ölkəyə basqını belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirildi, habelə, qızılbaşların nüfuzlu başçıları həlak oldular. Azərbaycan qoşunu məhv edildi, bir sıra illər boyu yığılmış əmlak və ləvazimat isə talan edildi."[54][55]

Osmanlı mənbələri birtərəfli qaydada türklərin qüvvələrinin sayını azaldır, Səfəvi qoşunlarının sayını isə artırırlar. Onların məlumatlarına görə, Çıldır döyüşü ərəfəsində Osmanlı qüvvələrinin sayı 30 min nəfərə çatırdısa, Səfəvilərin sayı 25–50 min nəfər arasında idi. Buna baxmayaraq, Osmanlı tarixçiləri də Səfəvilərin mətinliyini, mərdliklə vuruşmalarını qeyd edirlər.[55] Onlar göstərirlər ki, Diyarbəkir bəylərbəyiliyi Dərviş paşa əvvəlcə məğlubiyyətə uğradı, döyüşdə özünün 30 ağasını və 7 sancaqbəyini itirdi.[56] Yalnız Dərviş paşaya böyük qoşunla köməyə gəlmiş Özdəmiroğlu Osman paşanın yeni hissələri döyüşə girdikdən sonra Səfəvilər darmadağın edilmişdilər.[55] Çıldır döyüşündən sonra Məhəmməd xan Toxmaq məsuliyyəti öz üzərinə götürərək qoşunların qalıqları ilə Çuxursəədə getdi, İmamqulu xan isə Qarabağa qayıtdı.[54]

Bizim atlarımız bir-biriləri ilə rəftarda qarşılıqlı razılaşma və sədaqət yolunu tutdular. Yeni cənnət olan Həzrət şah fani cahandan əbədi məkana köçəndən sonra İsmayıl Mirzə öz ata-babasının yolu ilə getmədi, öz qardaş və qohum-əqrabasının hamısına qanlı kəfən geydirib o dünyaya göndərdi. Elə buna görə də o, öz əməl budağından həsrət və məlamət meyvəsindən başqa heç nə dərə bilmədi. Hakimiyyət bu sadiq şəxsə yetən kimi o, yeri cənnət olan şahın yolu ilə getməyə başladı. Sədaqət, birlik və səmimiyyət qanunlarını təzələmək üçün Vəli bəy – Məhəmmədi Sultanın vəkilini sizin dərgahınıza yolladıq. Amma xəbər gəldi ki, Lələ paşa Şirvan ulkasında nüfuz edib, sülh evini viran eyləmişdir; orada çoxlu rəiyyət öldürüldü. Müsəlman qanı axdı. Qoy sizə məlum olsun ki, bizim tərəf heç bir cəvhlə əhd-peymana müxalif olmamışdır və yenə də sədaqət və əhdimizdə möhkəmik.
Məhəmməd şah Xudabəndənin Sultan III Murada məktubu.[57]

Mustafa paşanın qalib gəldiyi Çıldır döyüşü Gürcüstanın qapılarını türklərin üzünə açdı. Türk basqınının təhlükəsinin olduğu bir zamanda gürcü feodal hakimləri arasında çəkişmələr və nifaq hökm sürürdü. Onlardan bəziləri Səfəvilərin, bəziləri isə türklərin tərəfind idilər. Səfəvilərin məğlubiyyəti onların Gürcüstandakı nüfuzuna güclü zərbə vurdu və bəzi gürcü hökmdarlarını öz mülklərini saxlamaq üçün Osmanlı İmperiyasının tabeliyinə keçməyə razı olmağa məcbur etdi. Döyüşdən sonra Mesxi vəliəhdi Mənüçöhr və onun qardaşı Kvarkvare türklərin tərəfinə keçməyə birinci olaraq razılıq verdilər. Onların irsi mülkləri öz əllərində saxlandı. Mustafa Şirvana yürüş edərkən və geri qayıdarkən Mənüçöhr ona bələdçi oldu.[58]

Mustafa paşa Axaltsixi tutduqdan sonra Kaxetiyaya doğru hərəkət etdi. O, "Rum ərazisinə tabe olmaq və itaət göstərmək" çağırışı ilə Kartli çarı Aleksandrın yanına adam göndərdi. İsgəndər bəy Münşi yazır ki, "Onlar da bir-biri ilə düşmənçilik etdikləri üçün simon tabe olmaqdan imtina etdi və türklərə qarşı həmlələr edərək onlara bir sıra təsirli zərbələr endirdi." Halbuki uzaqgörən adam olan Aleksandr yaranmış şəraitdə Mustafa paşaya itaətini bildirməyi özü üçün rahat hesab etdi.[59]

Türk qoşunları "keçilməzliyinə və əzəmətinə görə göylərlə bəhsləşən" Tiflis qalasını ələ keçirmək üçün hərəkət etdilər. Davud xanın mülkündə yerləşirdi. I Şah Təhmasib Kartlini ona verərək, çarlığı onun qardaşı Simondan almışdı. Buna görə də David qardaşından kömək gözləməyərək Tiflisi tərk etdi.[54] Avqustun 24-də Osmanlı ordusu sakinlərinin tərk etmiş olduğu Tiflisi, sonra isə həm də Qorini ələ keçirdi. İstalaçılar Tiflisdə Məhəmməd paşanın başçılığı altında altı min nəfərlik hərbi dəstə saxladılar. Zəgam və Geram hakimi də türklərə tabe oldu. Gürcüstan Osmanlı qoşunu tərəfindən işğal edildikdən sonra Şəki hakimi İsa xan öz mülkünü tərk edərək Səfəvilərin sarayına getdi.[60][61]

1578-ci il sentyabrın əvvəlində Osmanlı qoşunları Qanıxçaya çatdılar. Onlar əhalisi və yaşıllığı olmayan Şirak düzündən keçərək ərzaq cəhətdən ciddi çətinlik çəkdilər. Aclıq və üzücü yürüş qoşununun mənvi ruhunu əsaslı surətdə sarsıtdı. Sipahiləryeniçərilər yürüşdən imtina edərək geri qayıtmağı tələb etdilər. Osmanlı salnaməçilərinin yazdığına görə, "bir qrup döyüşçü sərkərdəyə yaxınlaşaraq bildirdi: "Sən bizi dəli edəcəksən. Nə vaxtadək bu boş və yaşayış olmayan çöllərdə gedəcəksən. Sən qayıtmalısan. Biz qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə həyat, sonra isə bütün dünya vacibdir. Biz nə Qanıqdan keçmək, nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik."[62]

İsgəndər bəy Münşinin məlumatına görə, "xeyli yubanmadan sonra Əmir xan on minlik qoşunla Təbrizdən çıxaraq Məhəmməd xan Toxmağın köməyinə gəldi. Çıldır yaxınlığında darmadağın olunmaq, Mustafa paşanın Gürcüstan və Şirvan istiqamətində hərəkət etməsi xəbəri ona çatdı. Əmir xan Qarabağa tərəf üz tutdu, burada ona qoşulan İmamqulu xanla bərabər Alazan sahilində Osmanlı ordusunun böyük dəstəsinə hücum etdilər. Qızılbaşlar 2 min nəfərə yaxın adam öldürdülər. Onların əlinə böyük miqdarda qənimət keçdi. Qızılbaşlar 2 min nəfərə yaxın adam öldürdülər. Onların əlinə böyük miqdarda qənimət keçdi."[63]

Bu məlumatı türk tarixçisi Münəccimbaşı da təsdiq edir və əlavə olaraq göstərir ki, "bu zaman qızılbaşlar ləvazimatı ilə birlikdə min dəvə və 3 min at ələ keçirmişdilər." Bundan əlavə bir sıra Osmanlı başçıları qızılbaşlara əsir düşmüşdü.[63] Bu qələbədən sonra Əmir xan Qarabağa qayıtmaq və Səfəvi şahzadəsi Həmzə Mirzənin başlıca qüvvələrinin yaxınlaşmasını gözləmək fikrində idi. Lakin onun oğlu Sultan Murad xan "dəliqanlı qızılbaş döyüşçüləri" adlanan dəstəsi ilə Alazan çayını keçdi və rəqibinə bir daha zərbə endirdi. Lakin onun dəstəsi osmanlılar tərəfindən mühasirəyə alındı və darmadağın edildi. Bu döyüşdə 2–3 min nəfər qızılbaş həlak oldu. Bundan sonra Əmir xan öz qoşunlarının qalıqları ilə Təbrizə qayıtmağı daha düzgün çıxış yolu hesab etdi.[64]

Osmanlı ordusu Şirvana daxil olduğu zaman yeni qiyam baş verdi. Şirvanın qızılbaş hakimi Araz xan Rumlunun yaxınlaşdığını eşidən Mustafa xan Alazan çayına keçməyə tələsirdi. Sentyabrın 10-da səhərdən Osmanlı hissələri çayın sol sahilinə keçməyə başladılar. Çayın keçilməsi toran düşənə qədər uzandığından çayın daşınması nəticəsində əsgərlərin bir hissəsi batmışdı. Bu çayın sağ sahilində qalanlar arasında böyük vahimə yaranmasına səbəb oldu. Ertəsi gün səhər, ordu nümayəndləri dəstəsi Mustafa paşanın yanına gələrək qışın yaxınlaşdığını, əsgərlərin yorulduğunu və yeməməkdən taqətdən düşdüklərini bildirərək dərhal yürüşü dayandırmağı və dövlətə qayıtmağı təkidlə tələb etdi. Sərkərdə onlara böyük qənimət əldə edəcəklərini, Şirvanda ərzaq bolluğu ilə qarşılaşacaqlarını vəd etdi. 2 min nəfərədək yeniçəri yollarına davam etməkdən imtina etdi və atəş açmaqla çayı keçənlərə mane olmağa cəhd göstərdilər. Oruc bəy Bayata görə, "çayın keçilməsi və Ərəşə qədər yol qət edilməsi türklərə 8 min insan həyatı bahasına başa gəlmişdi." Sentyabrın 16-da Mustafa paşa Ərəşə daxil oldu.[65]

Türklər burada təxminən üç həftə qalaraq istirah etdilər və yürüşü davam etdirmək üçün özlərinə bir aylıq azu topladılar. Onlar qala tikərək orada Qaytas paşanın başçılığı ilə beş min nəfərlik hərbi dəstə yerləşdirdilər. Ağıllı və təşəbbüskar hakim olan Şirvan bəylərbəyi rəqibin qat-qat üstün olan qüvvələri qarşısında tab gətirməyəcəyini hiss edərək Şirvanl tərk edib, Kürün cənub sahilində yerləşdi.[66] Bu vaxt dağıstandan Əbubəkr Mirzə ləzgi və şirvanlılardan ibarət üç minlik dəstə ilə Şirvana daxil oldu. Türk ordusu çox da çətinlik çəkmədən Ərəşdən başqa Şamaxı, Qəbələ, Bakı, Şabran, MahmudabadSəlyanı ələ keçirdi. İ.Petruşevski düzgün olaraq qeyd edir ki, "Osmanlı Türkiyəsinin Şirvanı işğal etməsini Azərbaycanın cənub hissəsində və Ermənistanda bir çox köçəri kürd tayfalarının, Şimali Azərbaycan əyanlarının bir hissəsinin onun tərəfinə keçməsi, habelə qızılbaş əmirlərinin arasındakı çəkişmələr və onunla ümumi rəhbərliyə tabe olmaq istəməməsi asanlaşdırmışdı."[67]

İsgəndər bəy Münşinin göstərdiyi kimi, "Şirvanın bəzi yaşayış yerlərinin sakinləri [rəiyyətləri] nəinki müqavimət göstərmirdilər, əksinə, hətta qızılbaşlara qarşı qiyama və mübarizəyə qalxırdılar."[54] Bu həm qızılbaş feodallarının Şirvanın oturaq əkinçi əhalisinə etdiyi ağır zülmlə, həm də yerli sünni əyanlarının Şirvan dəstəsinin keçmiş müstəqilliyinə hələ ümidlərini itirmədikləri və öz arzularını sultan ordusunun gəlməsinə bağlamaları ilə izah olunurdu. Dərbəndin Səfəvi hakimi Çıraq Xəlifə 300 qızılbaşla birlikdə Osmanlı qoşunlarının şəhərə daxil olmasına qarşı çıxmış, lakin dərbəndlilərin qiyamı nəticəsində məhv edilmişdi.[68]

Bir aydan sonra Mustafa paşa geri çəkildi. O buna bir sıra səbəblər üzündən məcbur olunmuşdu. Qızılbaşlarla qanlı döyüşlər, Gürcüstanda dəfələrlə pusqulardan edilmiş hücumlar, təbii fəlakətlər zamanı məruz qaldıqları təsirli itkilər – bütün bunlar Osmanlı ordusunun ruhdan düşməsinə böyük təsir göstərdi. Ölkədə yaxınlaşmaqda olan qış osmanlı əsgərlərinə təskinverici heç nə vəd etmirdi. Buna görə də Mustafa paşa bu ölkədə qalmağı ağılsızlıq hesab edirdi. İstilaçılar zəbt etdikləri ölkədə özlərini həddən artıq inamsız hiss edirdilər. Türk baş komandanı Şirvandakı istilaları əldə saxlamağa öz əsgərləri arasında həvəs göstərən şəxs tapa bilmədi. Şirvanda Osmanlı qoşunlarına komandanlıq etmək təklifi almış Diyarbəkir bəylərbəyi Dərviş paşa və Hələb bəylərbəyi Məhəmməd paşa tələsik bundan imtina etdilər. Mustafa paşa bu vəzifəni Özdəmiroğlu Osman paşaya həvalə etməyə müvəffəq oldu.[69] Sonuncu, sultanı müdafiə edən Dağıstan hakimlərinə yaxın olması sayəsinə əlverişli olan Dərbəndi özünə iqamətgah seçdi. Mustafa paşa Ərzurumda qışlamağa getməzdən əvvəl Şamaxıda, Ərəşdə, Bakıda və başqa şəhərlərdə qalaları möhkəmləndirdi və bu yerlərdə Osmanlı hərb hissələri yerləşdirdi. Mustafa paşa Dağıstan hakimlərini sultana sədaqətlə xidmət etdiklərinə görə mükafatlandırdı. Kumık və Qaytaq hakimi Çitlav Şamxal Şabran sancağını aldı, avar hakimi Toğa Laz Bürhanəddinə isə Axtı və İxır sancağı bağışlandı.[70][71]

Tiflisdən keçərək Ərzuruma hərəkət edən Osmanlı ordusunun geriyə qayıtdığı yol da türk əsgərlərinin cəsədləri ilə dolu idi. Osmanlı salnaməçilərinin etiraflarına görə, sentyabrın 25-də Tiflis və Qori arasında qopan qar çovgunu nəticəsində 5–6 min türk əsgəri həlak oldu. Mustafa paşa Tiflis yaxınlığında türklərin keçəcəyi yolda, meşə və cəngəlliklərdə pusqu qurmuş Qarabağ bəylərbəyi İmamqulu xanla Kartli çarı Simonun birgə hücumuna məruz qaldı. 20 min nəfərdən artıq düşmən əsgəri öldürüldü, zəngin qənimət ələ keçirildi.[72]

Türk mənbələrinə görə, Mustafa paşa Şirvandan getdikdən sonra Osman paşa Gəncəyə basqın təşkil etdi. Qaytas paşa başda olmaqla Osmanlı dəstəsi Kürü keçərək Gəncə bəylərindən biri olan Partal oğlu Əhməd bəyə hücum etdi. Yaşayış yeri qarət və talanlara məruz qaldı. Osman paşa az sonra Araz xan Rumlunun qüvvə topladığı Səlyana dəstə göndərdi. Lakin qızılbaşlar və türklərin hücumunu dəf etdilər və Xürrəm ağanı geri çəkilməyə məcbur edə bildilər. Araz xana qarşı müvəffəqiyyətsizliyə uğrayan Osman paşa Şamaxıda möhkəmlənməyi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı.[73] Bu vaxt Ərəşdə Qaytas paşa İmamqulu xan Qacarın qoşunlarının hücumuna məruz qaldı. Qızılbaşlar Osmanlıları darmadağın edərək Ərəşi tutdular. Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən Əbdürrəhman bəy isə əsir düşdü. Türk hərbi qüvvələrinin bir hissəsi üsyana qalxmış və bununla da qızılbaşlara kömək etmiş sakinlərin əli ilə qılıncdan keçirdi. Ərəşin süqut etməsi xəbərini sağ qalmış bir nəfər döyüşçü Şamaxıya yolladı. Osman paşa onu həbs etdi və bu xəbəri əsgərlərdən gizlətdi.[74]

Davam etməsi

Müharibənin ikinci mərhələsi

border=none Əsas məqalə: Mollahəsənli döyüşü
Səfəvilər ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı.

Səfəvilər sarayında türk ordusunun Qarsa doğru hərəkət etməsi xəbəri alınan kimi əmirlər nə etmək lazım gəldiyi barədə müşavirə keçirməli olur. Qərara gəldilər ki, sultana nəzakətli bir məktub göndərək sərhədin pozulmasına öz etirazlarlarını bildirsinlər. Rəsmi müraciətdə həmçinin göstərilirdi ki, Səfəvilərin hər zaman əməl etdiyi Amasya sülhü sarsılmazdır. Məktubu İstanbula çatdırmaq vəzifəsi Məhəmməd xan Toxmağın mülazimlərindən biri olan Vəli bəy Ustaclıya həvalə edildi. O, yola düşdü. Lakin Mustafa paşanın qoşunları Ərzurumdan Qarsa gedib çıxanadakən Osmanlı İmperiyası sərhədində yerli hakim tərəfindən tutulub saxlanıldı.[75]

Bununla da qızılbaşların ölkənin ağır daxilu vəziyyəti üzündən hərbi toqquşmadan yaxa qurtarmağa yönəldilmiş son ümidləri baş tutmadı. Buna görə də hərbi çağırışı qəbul etməkdən başqa çarə qalmadı. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu ilə Azərbaycanın cənub hissəsinə gəlməli və yerli qoşunların birləşərək mühafizə və müdafiə üzrə zəruri tədbirlər görməli idi. Dövlət işləri ümumi olaraq şahın həyat yoldaşı Xeyrənnisə bəyimin əlində olduğuna görə o da bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə gəldi. Burada müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.[76]

Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını işləyib hazırladılar. Bəziləri təklif edirdilər ki, Urmiya gölü yaxınlığında kürd tayfalarının üsyanı yatırmaq üçün öncə Təbrizə hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər Şirvanda olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək üçün geri çəkilməyə məcbur olacaqdı. Lakin əmirlərin çoxu bu təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi məqsədəuyğun saydı.[77]

Buna müvafiq olaraq Həmzə Mirzə otuz minlik qoşunla Ərdəbildən, Osmanlılar tərəfindən tutulmamış Qarabağa doğru hərəkət etdi. Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla Mirzə Salmanla Kürü keçərək, Şirvanı Osmanlılardan azad etməyə gedəcəklər.[78]

Kür çayının keçilməsi və qızılbaş əmirlərinin qoşunlarla yaxınlaşması xəbəri Araz xan Rumluya çatdı. O, ölkəni düşmənə güzəştə getməkdə, fəaliyyətsizlikdə təqsirləndiriləcəyindən çəkinərək dərhal şimala hərəkət etməyi, Şamaxı qalasını mühasirəyə almağı, əmirlər oraya gəlib çıxanadək onu ələ keçirməyi və bununla da özünü qərargahın gözündə təmizə çıxarmağı qərara aldı. Araz xan bu niyyətlə Kürü keçdi və tələsik Şamaxıya doğru hərəkət etdi. Osman paşa şəhərdən çıxdı və müdafiəyə hazırlaşmağa başladı.[79]

Araz xan və qızılbaşlar Şamaxını ələ keçirmək üçün cəhd göstərdikləri və buna yaxın olduqları bir vaxtda Krım xanının qardaşı Mehmed Gəray və taxt-tacın varisi Adil Gəray başda olmaqla Krım tatarlarının iyirmi minlik qoşunu Dərbənddən keçərək Şirvana hücum etdi. Bəzi əmirlər düşmənin mühasirəsini yararaq Kürün cənub sahilinə geri dönməyi təklif etdilər. Osmanlı qoşunları və Krım tatarları, habelə ləzgilər, qarabörklülər, Əbubəkrin Şirvan üsyançıları tərəfindən mühasirəyə alınmış Araz xan və qızılbaşlar sarsılmaz müqavimət göstərirdilər. Lakin onların müqaviməti qırıldı. Araz xan bir dəstə qızılbaşla əsir alındı və edam edildi. Qoşunların yalnız bir hissəsi qaçmaqla döyüşdən canını qurtara bildi.[80]

Bundan sonra Osman paşa Şamaxı qalasına gəldi. Adil Gəray isə Əbubəkrlə birlikdə Araz xanın düşərgəsini qarət etmək üçün cənuba, Muğan düzünə tərəf hərəkət etdilər. İsgəndər bəy Münşi yazırdı: "Bu müharibədə rumlu tayfasına bədbəxtlik üz verdi." Bu tayfanın adlı-sanlı adamlarının əksəriyyəti öldürüldü və Şirvanın uzun illər boyu sakit və firavan idarə olunması dövründə toplanmış əmlak, var dövlət isə düşmənlərin əlinə keçdi. Döyüşdən sağ çıxmış Ərdoğdu Xəlifə Təkəli və bir neçə başqa əmir, o cümlədən Araz xanın iki oğlu artıq bu vaxt Qarabağa gəlib çıxmış, qızılbaşlar qərargahına Araz xanın ölümü barədə xəbər çatdırdılar. Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqları ilə Kür çayından keçiddə bir yerdə cəmləşsinlər və Krım tatarlarının cənub sahilinə keçməsinə yol verməsinlər.[69]

Qərargahın əmrini yerinə yetirən bu qoşunlar Cavad yaxınlığında keçidi tutaraq yaralı qızılbaşları o biri sahilə keçirmək üçün körp saldılar. Bu vaxt tatarlarınləzgilərin yaxınlaşması xəbəri alındı. Qızılbaşlar körpünü çətinliklə uçura bildilər.[81] Lakin bu düşmənlərin qarşısını saxlaya bilmədi. Onlar dəniz yolu ilə o biri sahilə çıxdılar.[82] Qızılbaşlarla onların arasında ağır döyüş başlandı. Qızılbaşlar, həmin yerlərə bələd olan şirvanlı üsyançıların köməyilə düşmənin yeni dəstələrinin çayı keçərək onların arxasınca çıxdıqları xəbərini alana qədər qəhrəmanlıqla müqavimət göstərdilər.[83] Rəqib qoşunlarının mühasirəsinə düşən qızılbaşlar paytaxta üz tutdular. Rəqibin öndə gələn hissələri göründükdə vahimə yarandı və qızılbaşlar dağınıq halda döyüş yeri aldılar. Sərvətlərlə yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Onlar həmçinin çoxlu şəkildə qadın əsir aldılar. Adil Gəray tatarlarla və ləzgilərlə birlikdə çox böyük miqdarda qənimət ələ keçirdi, elə həmin gün də şimala – Şirvana tərəf hərəkət etdi.[84]

Bu vaxt Mirzə Salman və əmirlər Qarabağdan təcili hərəkətə başladılar və "Qoyun ölümü" keçidindən Kürü keçərək Şirvana daxil oldular.[85] Onlar Osman paşanı Şamaxı qalasında mühasirəyə aldılar. Mühasirə zamanı qızılbaşlar qalaya daxil olmaq istəyən bir neçə tatarı ələ keçirdilər.[85] Onlarda Adil Gərayın Osman paşaya məktubu var idi. Qızılbaş əmirləri məktubu oxuyub öyrəndilər ki, tatar xanı Əbubəkr Mirzə ilə birlikdə rumlu tayfasının düşərgəsini talan etmiş, indi isə təcili qaydada şimala, Osman paşanın köməyinə tələsir.[86] Şamaxı ətrafında qalmaq əmirlərə çox təhlükəli göründü. Çünki aydın idi ki, tatarlar gələnə qədər onlar Osman paşanın uğurlu müdafiə olunduğu qalanı ala bilməyəcəklər.[86] Eyni zamanda əmirlər şübhə edirdilər ki, tatarlar cənubdan gələcəyi təqdirdə, onlar bir neçə cəhbədə vuruşmaqla döyüşü qalib gələ biləcəklər. Araz xanın ölümü də buna şəhadət verirdi. Buna görə də əmirlər yeganə düzgün qərar qəbul etdilər.[86] Şamaxı yaxınlığında Vəli Xəlifə Şamlının başçılığı altında 3 min nəfərlik dəstə qoyaraq Mirzə Salman qorçubaşı Qulu bəy Əfşar, Şahrux xan Möhrdar, Məhəmməd xan Türkmən, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, Müseyib xan Şərəfəddin oğlu Təkəli, İmamqulu xan Qacar, Əmir Həmzə xan və digər əmirlərlə cənuba, tatarlara qarşı yeridi.[85]

Adil Gəray və onun qardaşları – Səadət Gəray və Əsgər Gəray Həmzə Mirzənin qoşunlarının gəlməsi, Şamaxını mühasirəyə alması xəbərini eşidib mühasirəyə alınmış Osman paşanın köməyinə çatmaq üçün şimala hərəkət etdilər. Tərəflər 1578-ci il noyabrın 28-də Ağsuçay sahilində, Mollahəsən adlı yerdə qarşı-qarşıya gəldilər.[86][87] Adil Gəray ləzgilərin, qarabörklülərin və şirvanlıların dörd-beş minlik dəstəsi ilə möhkəmləndirilmiş on iki min tatar qoşununu Səfəvilərin qarşısına çıxardı. Bu tərəfdən Əmir Həmzə xan Ustaclı və başqa əmirlər çıxış edirdilər.[86] İsgəndər bəy Münşi hadisəni qeyd edirdi: "Ölülərin qanına bulaşmış döyüş meydanl lalələr örtülmüş çəmənliyi xatırladırdı." Səhər başlanan döyüş axşama qədər davam etdi. Şamaxı yaxınlığında qalmaq əmri almış bir sıra qızılbaş əmirləri düşmənin başlıca qüvvələri ilə döyüşdə iştirak etməyi özləri üçün şərəf işi sayaraq mühasirəni tərk etmiş, qızılbaş qoşunlarına qoşularaq onların sıralarını xeyli gücləndirmişdilər. Tatarlar bütün günü hər vasitə ilə onları darmadağın etməyi qərara almış qızılbaşların kəsilməyən hücumlarını müqavimətlə dəf etmişdilər.[88][89]

Qızılbaşların getdikcə artan üstünlüyünü müşahidə edən Adil Gəray tatarları ruhlandırmaq məqsədilə döyüş meydanına atıldı. Lakin tezliklə qızılbaş dəstəsi Baba Xəlifə Qaramanlının başçılığı ilə Adil Gərayla üz-üzə gəldi.[90] Adil Gəray nizə zərbəsi ilə atdan salındı. Qızılbaşlar Adil Gərayı öldürmək istədilər, lakin onu tanıyaraq sağ saxladılar.[88] Həlak olmuş Qaytas paşanın yerinə Ərəş hakimi təyin olunmuş Osmanlı sərkərdəsi Piyalə bəy də qızılbaşlara əsir düşdü. Adil Gəray əsir alındıqdan sonra düşmən qoşunu vahimə içərisində öz vətənlərini döndülər.[85][88] Tatarların əksəriyyəti döyüş zamanı qılıncdan keçirildi. Sağ qalanlar[q 8] dağlarda və meşələrdə gizləndilət. Araz xan Rumlunum darmadağın edilməsindən sonra tatarların ələ keçirdiyi bütün qənimət Səfəvilərə qaytarıldı. Əldə olunmuş qələbədən istifadə etməyə səy göstərən Mirzə Salman Şamaxı üzərinə hərəkət etdi. Osman paşa tatarların darmadağın olunması və Adil Gərayın əsir düşməsi xəbərini eşidərək kənardan ediləcək köməkdən məhrum olduğunu görüb Şamaxını tərk etdi. O, Dərbəndə getmək və orada ayrı-ayrı salınmış qoşunlarının qalıqlarının yolunu gözləmək qərarına gəldi.[90][91]

Qızılbaş qoşunlarının qələbəsi xəbərini alan Dərbənd sakinləri Osmanlılara qarşı üsyan qaldıraraq qalanı ələ keçirdilər. Buna görə də Osman paşa həmin xəbəri qoşunlardan gizlədərək şimala getməyə tələsirdi. Qış sərt keçirdi, arxadan isə Osmanlıları izləyən qızılbaşlar gəlirdi. Şabrana çatarkən bərk şaxta düşdü və bu, Osmanlıların kütləvi surətdə məhv olmasına gətirib çıxardı. Süvarilər şimala doğru hərəkət edir, piyadalar isə yorğunluqdan davam edə bilmir və bir daha qalxa bilmirdilər.[92] Eyni zamanda, şirvanlılar və dağıstanlılar da qoşunların arxasınca gələn xəzinə əmlakına basqın və qarətlər təşkil edir, qiymətli mallar yüklənmiş qatır[q 9] və dəvələri sürüb aparırdılar. Geridə qalanları yerli sakinlər qarət edirdilər. Osman paşa xeyli qoşunla Dərbəndə gəldi.[90] Sakinlər Osmanlıları Dərbəndə buraxmaq istəmədəkləri üçün şəhəri qüvvə tətbiq etməklə yenidən almaq lazım gəldi. Müxtəlif qızılbaş dəstələri Osman paşanı Şabrana qədər təqib edərək topları və digər hərbi sursatı ələ keçirdilər. Şirvan türklərdən azad edilsə də, onların dayaq məntəqəsi olan Dərbənd alınmadı.[93]

Qızılbaş qoşunlarının uğurları barədə xəbərlər Həmzə Mirzənin və anasının yerləşdiyi Qaraağacdakı baş düşərgədə böyük sevinclə qarşılandı.[94] Buradan paytaxta – Qəzvinə və bütün ölkəyə "fəthnamələr"[q 10] göndərildi. Qərargahın Osman paşa ilə mübarizəni davam etdirmək, onu məhv etmək və Dərbənd qalasını ələ keçirmək barədə əmri alındı. Lakin qızılbaş qoşunları şah qərargahı göstərişinin ziddinə olaraq Osman paşanın təqib olunmasını dayandırıb Qarabağa qayıtdılar.[95]

Mənbələr təsdiq edir ki, tezliklə Qarabağda Şirvan hakimi vəzifəsinə namizədlik (həlak olmuş Araz xan Rumlunun əvəzinə) üstündə şahın arvadı və həmin vəzifəyə Mollahəsən döyüşündə fərqlənmiş – Abdulla xanın oğlu Həmzə xan Ustaclının namizəd göstərmiş qızılbaş əmirləri arasında fikir ayrılığı yarandı.[96] Şahın həyat yoldaşı bu təklifi qəbul etmədi gə qışın bərk soyuğuna baxmayaraq, 1578-ci ilin sonunda Qarabağı tərk etdi. Əmirlərdən heç biri şah yoldaşının hərəkətinə qarşı çıxmağa cəsarət etmədi və bir neçə gündən sonra bütün əmirlər qoşunları ilə onların ardınca Qəzvinə yola düşdülər. Mollahəsən qələbəsinə baxmayaraq, Səfəvilər Şirvanda möhkəmlənə bilmədilər. Osmanlılar burada tam olaraq Dərbənddən başqa heç bir dayaq məntəqəsinə malik deyildilər. Lakin onlar ləzgilərin və Dağıstan hakimlərinin köməyi ilə Şirvanda qızılbaşlar əmirlərini daim narahat edirdilər.[97]

Səfəvi-Osmanlı müharibəsinin II mərhələsinə aid Osmanlı dövləti sinəbəndi, Metropoliten muzeyi, Nyu-York.

Şirvanın yeni hakimi Osman paşanı Dərbənddən çıxarmaq üçün təsirli tədbirlər gördü. Onun təzyiqi altında Şabranı və Müşkürü yenidən ələ keçirmiş Osmanlılar, Dərbənddən geri çəkilməyə məcbur oldular. Osman paşa qızılbaşlara qarşı iki dəfə qoşun göndərdi, lakin onlar Məhəmməd Xəlifə Zülqədər tərəfindən darmadağın edildilər. Osmanlıların bu uğursuzluqları qaytaqlıları onların əleyhinə qaldırdı. Osman paşa Qaytaq usmisini tabe etmək üçün onun Başlıdakı iqamətgahına yürüş təşkil etdi. Qaytaqlılar əvvəlcə top-tüfəng atəşlərinə davam gətirməyərək geri çəkildilər. Lakin qüvvə toplayıb türkləri geri çəkilməyə məcbur etdilər.[98] Xəzər dənizi sahili boyunca Dərbəndə doğru geri çəkilən Osmanlılar yenidən qaytaqlıların pusqusuna düşərək böyük itki verdilər. B.Kütükoğlunun göstərdiyi kimi, Osman paşanın bu yürüşü qızılbaş hakimi Məhəmməd Xəlifə Zülqədərlə Qaytaq usmisi və Tabasaran hakimi Məsud bəyin yaxınlaşmasını, Dərbənddə olan Osman paşa üzərinə birgə hücum haqqında razılığa gəlməsini mümkün etdi. Lakin Şimali Qafqazdan Krım tatarlarının iri qüvvələrinin Dərbəndə yürüşü buna mane oldu.[99]

Krım xanlığı Azərbaycana münasibətdə işğalçılıq planlarından imtina etməmişdi. İlk vaxtlar Səfəvilər sarayında əsir olan Adil Gəraya hər cür diqqət və nəzakət göstərilirdi. Əsirlikdən azad edilmiş bir dəstə tatar onun məiyyətinə verilmiş, onu mühafizə etmək üçün qorçular dəstəsi ayrılmışdı. O, dövlətxana ilə yanaşı binada yaşayırdı, ümid edilirdidi ki, mehriban və xoşrəftarlı münasibət göstərməklə,[100] onu öz tərəflərinə çəkib, sultanla ittifaqdan əl çəkməyə razı salar və bununla da Şirvanı Krım tatarlarının viranedici hücumlarından qurtara bilərlər. Şahın tələbi ilə Adil Gəray İstanbulaBağçasaraya öz adamları ilə sülh təklifləri irəli sürülən məktublar göndərirdi. Lakin Adil Gəray öldürüldükdən sonra bu cəhdlər uğursuzluqla nəticələndi.[101]

1579-cu ilin yayında Krım xanı Mehmed Gəray Osmanlı sultanının tələbi və hərbi qənimət ələ keçirmək məqsədi ilə Bağçasaraydan hərəkət edərək Şimali Qafqazdan keçib Şirvanın hüdudlarına yaxınlaşdı.[100] O, özünün qardaşları Qazi Gəray, Səfi Gəray və Səadət Gərayın müşayiəti, yüz minlik ordu ilə oktyabrın 10-da Dərbəndə çatdı və Osman paşa şadlıqla qarşılandı.[102]

Eyni zamanda Şah Məhəmməd Xudabəndə Həmzə Mirzə və qoşunlarla birlikdə Qəzvindən qərbə tərəf hərəkət etdi və oktyabrın 19-da Təbrizə daxil oldu. Qızılbaş qoşunlarının Şirvanda Osmanlılara qarşı hərbi əməliyyatlarına buradan rəhbərliyi həyata keçirmək üçün qərargah da Təbrizdə yerləşdirildi.[98] Şirvan hakimi Məhəmməd Xəlifə Zülqədər, Adil Gərayın qardaşlarının böyük qüvvələrlə, öldürülmüş qardaşın qisasını almaq üçün Dərbəndə gəlişləri barədə qərargaha məlumat verdi.[100] Təbrizdə hərbi şuranın iclasında Mirzə Salmanla əmirlərin qoşunlarını tatarlara qarşı göndərmək qərara alındı. Lakin əmirlər yürüşə hazırlaşdıqları bir zamanda tatarlar Şirvana basqın etdilər. Məhəmməd Xəlifə azsaylı döyüşçüləri ilə Samurçay sahilində tatarlarla qeyri-bərabər döyüş altıldı. Tatarların yeni, əlavə qüvvələr alması sayəsində qızılbaşlar darmadığın edildilər. Məhəmməd Xəlifə isə həlak oldu.[103]

Mehmed Gəray və Osman paşa oktyabrın 23-də Şamaxıya daxil oldular, orada üç gün qaldılar. Buradan Şirvanın müxtəlif hissələrinə dəstələr göndərildi.[98] Bakının altı yüz nəfərlik qızılbaş müdafiəçilərinin üstünə göndərilən dəstə şəhəri ələ keçirərək Xan Əlini və Maqsud Sultanı əsir tutdular.[100] Sonra Mehmed Gəray Ərəş yaxınlığında Kürü keçərək Gəncəni, Qarabağı, Muğanı tutdu, Qızılağaca qədər yeridi və Şimali Azərbaycan vilayətlərini viranəyə döndərib qarət etdi. Lakin Mehmed Gəray və tatarlar başlıca qızılbaş qüvvələrinin yaxınlaşması xəbərini alan kimi geri qayıtdılar. Tatarlar özləri ilə Azərbaycanın xeyli əhalisini əsir və qul kimi satmaq üçün bir çox qadın və qızı apardılar.[104] Qazi Gəray, qardaşları və tatar dəstəsi ilə birlikdə Osman paşaya kömək üçün Dağıstanda və Dərbənddə saxlanıldı. Tatarlıların bu yürüşünə qoşulmuş şirvanlıların bir hissəsi Dərbəndə qayıtdı. Əbubəkr Mirzə ilə qalan hisəsi isə Şirvanda Xaçmaz ərazisində möhkəmlənməyə cəhd göstərdi. Tatarların əsas qüvvələrinin Krıma qayıtması və qızılbaş qoşunlarının Şirvana daxil olması xəbəri Dərbənddəki türk qarnizonu daxilində vahimə yaranmasına səbəb oldu.[105]

Mirzə Salman və qızılbaş əmirləri Şirvana gec daxil olduqlarına görə artıq tatarları orada görə bilmədilər.[105] Qazi Əhmədin məlumatlarına görə, Şirvana olan bu yürüş çox ağır qış şəraitində keçirilmişdi. Atlardəvələr sərt şaxtalardan və yem çatışmazlığından tələf olurdular, döyüşçülər isə piyada getməli olurdular.[100][103] Qalın qar örtüyü yolları keçilməz etmişdi.[98] Buna baxmayaraq qızılbaş dəstələri Qarabağdan Kürü keçərək Şirvana daxil oldular və Şamaxını mühasirəyə aldılar. Bir neçə gün davam edən mühasirədən sonra Şamaxı qalası qızılbaşlara təslim oldu.[103][104][105][106]

İsgəndər bəy Münşiyə görə,[100] Əmir xan Xaçmaza toplanmış şirvanlılar və dağıstanlılara qarşı yeridi. Tarixçi göstərir ki, bu yürüş qızılbaşlar üçün uğurlu alınmadı və Əmir xan heç nəyə nail olmadan geri qayıtdı. Bu uğursuzluq qızılbaş tayfaları arasında təfriqə və çəkişməyə səbəb oldu. Şahrux xan Zülqədər tərəfindən müdafiə edilən şamlı və ustaclı əmirləri Əmir xandan öz narazılıqlarını açıqça bildirməyə başladılar.[98] Şahrux xan qızılbaş dəstəsi ilə şirvanlılara qarşı getmək və Əmir xanın bacarmadığını etmək arzusunda olduğunu bildirdi. Bu, Əmir xanı qəzəbləndirdi və qarşılıqlı düşmənçiliyin güclənməsinə səbəb oldu. Əmir xan belə hesab edirdi ki, ona qarşı bu çıxış baş komandan Mirzə Salmanın təhriki ilə təşkil edilir.[106]

Beləliklə özləri üçün əlverişli şəraitdən istifadə edərək, birgə səylərlə şirvanlıları darmadağın etmək, Osman paşanı Dərbənddən sıxışdırıb çıxarmaq əvəzinə qızılbaş əmirləri iki düşmən cəbhəyə bölündülər və onlardan hər birinin tərəfdarları ayrı-ayrılıqda yerləşdilər.[98] İsgəndər bəy Münşi yazırdı:[100][107][108]

" Tərəflərdən hər biri, digərinin hücumundan ehtiyat edərək döyüşə tam hazır vəziyyətdə dururdu. Bu dəfə də qorçubaşı Qulu bəy Əfşar siyasi müdriklik göstərdi və öz nüfuzu ilə qan tökülməsinin qarşısını ala bildi. O, əmirləri zahirən barışdırmağa nail oldu, Şahrux xan yürüşdən imtina etdi. Lakin onların qəlblərinin dərinliyində düşmənçilik alovu yanmaqda davam edirdi.[106] "

Müharibənin üçüncü mərhələsi

border=none Əsas məqalə: Məşəl savaşı

Təsvir olunan dövrdə Azərbaycan əhalisinin vəziyyəti olduqca ağır idi. Ara verməyən hərbi əməliyyatlar, iri qoşun dəstələrinin hərəkəti, 1578–1579-cu illərdə türk-tatar qoşunlarının törətdiyi talan və qarətlər nəticəsində Azərbaycanda aclıq və taun xəstəliyi başlandı. Bəzi yerlərdə vəziyyət yüksək səviyyəyə yüksəldi. Bir sıra yaşayış məntəqələri əhalisi sıx olan məskənlərdən heyvanların cövlan etdiyi yerlərə çevrildi.[109][110] Qazi Əhməd yazır: "Təbrizdə 1 batman[q 11] çörəyin qiyməti 300 dinar idi. 1 xalvar[q 12] və 100 batman buğda isə 25 min dinara satılırdı. Aclığın yayıldığı kənd məskənlərindən ac və dilənçi kütlələri şəhərə gəlirdilər. Təbrizdə bazarlarda və küçələrdə hər gün 50–60 uşaq və yaşlı şəxs vəfat edirdi. Dövlətin bütün vilayətlərində – İraq, Fars, Kirman, XorasanTəbəristanda qıtlıq və aclıq hökm sürürdü. Yaz gələndə çöllərdə, məhlələrdə ot göyərəndə, mahal və vilayətlərdən şəhər toplaşmış, ayrı-ayrı düşmüş ac, çılpaq əhalinin qalıqları canavar kimi səhralara, çöllərə cumdular və otu yeməyə başladılar. Onlardan çoxu doyunca ot yeyərək çöllərdə vəfat etdi."[111]

Səfəvilər ağır vəziyyətə baxmayaraq Şirvanı itirmək və onu türklərə güzəştə getmək fikrində deyildilər. 1580-cı ilin əvvəlində, Təbrizdə şah sarayında Şirvana yeni yürüş təşkil etmək qərara alındı.[112] Bu dəfə həmin vəzifə Salman xana və ustaclı tayfasının əmirlərinə həvalə edilmişdi. Arasbardan keçən yolla hərəkət edən qızılbaş qoşunları dözülməz istilər səbəbilə Həmşəhr yaylağında dayandılar, öz qüvvələrinin cəmləşməsi və Araz çayına keçmək üçün hazırlıq görməyə başladılar.[113] Şirvanda tiyulları müəyyən edilmiş yürüş iştirakçıları olan əmirlər arasında Şirvan bəylərbəyi Salman xandan başqa Hüseynqulu Sultanın, Əliqulu Sultanın, Mustafa Sultan Şərəflinin, Mehdiqulu Sultan Çavuşlunun, həmçinin də cagirli və qaramanlı tayfalarından olan bir neçə əmirlərin adı çəkilirdi.[114][115][116]

1580-cı ilin yayında Hacı Maqsud bəy Zülqədərin başçılığı ilə Ərzuruma gələn qızılbaş nümayəndə heyəti İstanbula müşayiət olundu və avqustun 15-də orada onu qəbul edən Sultan III Murada Şah Məhəmməd Xudabəndənin məktubu təqdim edildi. Məktubda ilk qızılbaş elçisi olan Vəli bəy Ustaclının türk sərhəd hakimiyyət orqanları tərəfindən tutulub saxlanması və həbs olunmasından narazılıq bildirilir, Osmanlı qoşunlarının törətdikləri qarət və zorakılıqların, müsəlman qadın və uşaqlarının əsir alınmasının yolverilməz olduğu göstərilir, habelə sülhün bərpa olunması və ziyarətə gedənlərin dincliyini, təhlükəsizliyini təmin etmək arzusu bildirilirdi.[117]

Lakin türklər Şirvanı öz əllərində saxlamaq, itirdiklərini qaytarmaq üçün əllərindən gələni əsirgəmirdilər. Dərbənddən qapanıb qalmış Osman paşanın çətin vəziyyətə düşməsi Sultan III Muradı üçüncü vəziri Sinan paşanı orduya sərkərdə təyin etməyə, Şirvana yeni yürüş başlanmasına vadar etdi. Ərzurumda böyük qoşun toplanmış Sinan paşa ilk növbədə məktubla öz elçisini Səfəvi sarayına göndərdi. Məktubda yazılırdı: "Osmanlı qoşunlarının bir kərə daxil olduğu və orada onun adına xütbə toxunduğu ölkəni tərk etmək, bu ölkədən əl çəkmək osmanlıların qaydalarına müvafiq deyil. Osmanlılar Şirvan, Şəki, Azərbaycan və Gürcüstanın bəzi vilayətlərini tutmuşlar. Əgər bundan sonra qızılbaşlar bu ölkələrə qarşı təcavüz etməsələr, o, həmin ölkələri islam nümayəndlərinin himayəsi üçün saxlayar və mübahisə qurtarmış olar."[118] Sinan paşa daha sonra yazırdı ki, "belə halda biz keçmiş hərəkətlərimiz üçün üzr istəyər, etibar qazanmış və bacarıqlı şəxsi dostluq məktubu ilə xondkarın yanına göndərər, onu sülh bağlamağa razı salmağa cəhd edərik." Osmanlı sərkərdəsi davam edirdi: "Əks təqdirdə — rum qoşunu İran vilayətlərini tutmaqdan imtina etməyəcəkdir."[116][119]

Qızılbaş əmirləri, xüsusilə də Şahrux xan Möhrdar, özlərini Osmanlı ordusuna qarşı müqavimət göstərə bilməkdə kifayət qədər güclü hiss etmirdilər. Onlar öz aralarında birliyin olmamasını dərk edərək məyus oldular. Lakin Sinan paşanın iddialarına kəskin cavab verdilər: "Biz yalnız mərhum şah dövrünün şərtlərinə razıyıq və öz torpağımızın bir qarışını da vermərik, nə qədər ki, yüz mindən bir nəfər qızılbaş sağdır mübarizədən imtina etmərik. Sənin və onlarla sənin kimilərin gəlişindən qorxmuruq. Elə zənn etməyin ki, indi də Lələ paşa zamanındakı kimidir. Zira o bizim üstümüzə gələndə bizim padişahımız İraqda idi. Azərbaycan əmirləri həmin vaxt öz aralarında düşmənçilik edirdilər. İndi isə bütün qızılbaş qoşunları Azərbaycanda, şahın yanındadır, döyüşə hazırdırlar. Şirvan ölkəsinin osmanlıların tabeliyində olması fikrində də yanılırsınız. Şirvan yenə də qızılbaş əmirlərinin əlindədir. Rumilərin hakimiyyəti yalnız Dərbənd qalasının dörd divarı ilə məhdudlaşır. Həqiqətən də, əgər o vaxt qızılbaşlar arasında yekdillik olsaydı, Allahın mühafizə etdiyi ölkəyə düşmənin qəsd etməyə cəsarəti çatmazdı."[120][121][122]

Qızılbaşların qəti cavabı Sinan paşanın döyüşkən ruhiyyəsini bir qədər sakitləşdirdi. O, ikinci dəfə daha mülayim məktub göndərdi. O, yazırdı ki, "Osman paşa Əlahəzrət xondkarın taxt-tacının hüzurunda bildirmişdir ki, Şirvan ölkəsi bizim tərəfimizdən ələ keçirilmişdir. Əgər bunun belə olduğu məlum olarsa, bundan sonra qızılbaşlar tərəfindən Şirvan mülkünə iddialar irəli sürülməməsi ən ağıllı hərəkət olardı. Əgər bu məsələ üzrə ixtilaf olmasa, mən sülhə zəmanət verirəm."[123] Qızılbaşların cavab məktubu müvafiq surətdə, mehriban ruhda oldu. Sinan paşanın təklifi ilə tərəflər razılaşdılar ki, 1580–1581-ci ildə onlardan hər biri qışlamaq üçün öz yerlərində qalsınlar. Hər iki tərəfin nümayəndələri Şirvana gəlməli və bu ölkənin bu, yaxud digər ərazisinin kimin əlində olmasını aydınlaşdırmalı idilər. Bu məqsədlə Osmanlılar tərəfindən Ömər ağa Şirvana göndərildi. Sinan paşa qışı Ərzurumda qaldı. Şah da qışlamaq üçün Naxçıvan yaylaqları – Eşkəmbər və Qəleybərdən Qarabağa doğru hərəkət etdi.[124]

Səfəvilər dövlətinin XV əsrin sonu-XVI əsrin birinci yarısına aid dəbilqəsi, Topqapı sarayı, Türkiyə.

Bu məqamda Şirvan üçüncü dəfə Krım tatarlarının qarətçi qoşunlarının basqınına məruz qaldı. Qazi Gəray və Səfi Gəray böyük ordu ilə Dərbənddən keçərək Şirvana daxil oldular. Bu hücum qızılbaşlar üçün əlverişli olmayan şəraitdə baş verdi. Şirvanda hələ qızılbaş qoşunları yox idi. Çünki Salman xan əmirlərlə birlikdə Kürü keçməmişdi. Onlar yaylaqda idilər. İsgəndər bəy Münşinin bildirdiyi kimi, "Şirvan xainləri Salman xanın düşərgəsinin olduğu yeri tatarlara xəbər vermişdilər." Həftə ərzində ara vermədən yağış yağmışdı, palçıq və gölməçələrin keçilməzliyi üzündən hər cür hərəkət son dərəcə çətinləşmişdi.[125] Buna görə də qızılbaşlar tatarların yaxınlaşmasını hiss etməmişdilər. Eyni zamanda, şirvanlılar düşməni Kürün elə yerindən keçirmişdilər ki, oradan tamamilə hücum gözlənilmirdi. Qızılbaşlar silahlanmağa və bir yerə toplanmağa vaxt tapmadı. Onların bir çoxu qaçdı, müqavimət göstərənlərin az hissəsi isə qəhrəmanlıqla həlak oldu. Tatarlar qızılbaş düşərgəsini qarət etdilər və həmin gün də geri qayıtdılar. Osman paşa isə tatarların köməyilə Osmanlı dəstəsini Bakıya daxil etdi və Bakı qalasını möhkəmləndirdi.[126][127]

Tatarların Salman xanı darmadağın etməsi xəbəri Qarabağa daxil olduqları vaxtda şaha gəlib çatdı. Saray adamlarının qışlamaq üçün olduğu Qızılağacdan Mirzə Salman, Əmir xan, Qulu bəy Qorçubaşı, Şahrux xan, Pirə Məhəmməd xan və başqa əmirlər qoşunlarla Şirvana – tatarlara qarşı göndərildi.[126] Tatarların ilk dəfə darmadağın edildiyi yer olan Mollahəsənli də qızılbaş qoşunları türk və tatarlarla qarşılaşdılar. Hər dəfə döyüşə yeni qüvvələr daxil edən qızılbaşların daim güclənən hücumuna tab gətirməyən osmanlılar və tatarlar sürətlə geri çəkilməyə başladılar. Osmanlılar yenidən Dərbəndə üz tutdular. Tatarlar isə Dağıstandan keçib Krıma qayıtdılar.[128]

Salman xan əsas qızılbaş qüvvələrinin Şirvana gəlməsi xəbərini aldı. Tez şəkildə Kürü keçdi və tatarlardan uğradığı məğlubiyyəti məqsədilə Bakını ələ keçirməyi qərara aldı. Rəqibi Şabrana qədər təqib etmiş Əmir xan Türkmən geri qayıtdı, Bakını mühasirəyə almış Salman xanla birləşdi. Qızılbaşlar on səkkiz gün ərzində Osmanlı hərb hissəsinin müqavimətini qırmaq üçün uğursuz cəhdlər göstərirdilər.[126] Sonra onlar mühasirədən əl çəkməyə məcbur oldular. Çünki Osmanlılar Dərbənddən gələn gəmilərlə müntəzəm olaraq hərbi sursat və ərzaqla təchiz olunduqları bir zamanda, qızılbaşlar dağıntı və sakinlətin yoxsul vəziyyətinə görə azuqə baxımından kəskin ehtiyac hiss edirdilər. İsgəndər bəy Münşi qeyd edirdi: "Hətta arpa unu belə yox idu. Onun bir batmanı öncə altı misqal[q 13] zərb olunmuş gümüş dəyərində olan altı yüz Təbriz dinarına satılırdı."[129] Səfəvi qoşunları Şirvanı tərk edib Qarabağdakı şah qərargahına gəldilər. Həmin qışda heç bir qızılbaş əmiri Şirvanda qalmadı. Bununla əlaqədar olaraq Osman paşanın qoşunla tədricən Şirvanın bir sıra rayonlarını ələ keçirdilər. İsgəndər bəy Münşi yazır: "Şirvan əhalisi istər-istəməz Osman paşaya itaət göstərdi."[130]

Osmanlı nümayəndələri Ömər ağanın Şirvanda tərəflərin vəziyyətini təhqiq etmək üçün oraya gəlməsi ərəfəsində Səfəvi sarayında elçini baş vermiş gerçəklik qarşısında qoymaq məqsədilə, Şirvanı tutmaq üçün təcili tədbirlər görülməsi qərara alıdı. Bu məqsədlə, əmirlər və dövlət şəxsləri təklif etdilər ki, Qarrabağda qacar, otuziki və başqa tayfaların bir hissəsi Şirvana yeridilsin.[126] Bu hərbi əməliyyatı həyata keçirmək məsuliyyəti Qarabağ hakimi İmamqulu xan Qacarın üzərinə qoyuldu. Xan adına layiq görülmüş Peykər bəy Ziyadoğlu-Qacar Şirvanın yeni hakimi təyin edildi. Qızılbaş nümayəndəsi ilə Şirvanı gəzən Ömər ağa əmin oldu ki, Dərbənddən və Bakıdan başqa bu ölkədə heç bir yer Osmanlılar tərəfindən tutulmamışdır. Bundan sonra Osmanlı nümayəndəsi onu müşayiət edən Səfəvi müvəkkili Şahqulu sultan Tebet oğlu Zülqədərlə birlikdə, həqiqi vəziyyət barədə məlumat vermək və sülh danışıqları aparmaq üçün Ərzuruma – Sinan paşanın yanına gəldilər.[131]

Lakin Sinan paşa Osman paşa ilə münasibətləri gərgin olduğu üçün birbaşa sülh danışıqlarına başlamışdı. O, Şahqulu sultanı dostluq məktubu ilə geri göndərdi və məktubunda Səfəvilərə təklif etdi ki, sülh müqaviləsi bağlamaq üçün böyük əmirlərin ləyaqətlilərindən birini sultanın sarayına göndərsinlər. Ağıllı və ehtiyatlı şəxs kimi tanınan Heydər sultan Çabuk Tərxan Türkmən oğlu Qum hakimi İbrahim xan bu məqsədlə Osmanlı paytaxtına göndərildi. İstanbula layiqli hədiyyə və bəxşişlərlə gələn İbrahim xan gördü ki, buradakı şərait heç də sülh danışıqlarının xeyrinə deyildir.[126] Səfəvilərlə danışıqlar əleyhinə çıxış edən Dərbənddə məslən salmış Osman paşa idi. Osman paşa və onun tərəfdarları sultanı Sinan paşaya onun təmkinli, sülhsevər tədbirləri əleyhinə qaldırmışdı. Buna görə də İbrahim xamın cıəhdləri nəticə vermədi. O, yeddi il müddətində Osmanlı paytaxtında qaldı və yalnız I Şah Abbbas dövründə vətənə qayıtdı.[132][133]

Şərəf xanın bildirdiyi kimi, Sinan paşanın İstanbula, Məhəmməd Xudabəndənin isə Qəzvinə qayıtması barədə saziş əldə edildi. Lakin sonrakı ildə Sinan paşa baş sərkərdə vəzifəsindən kənar edildi və onun yerinə Fərhad paşa təyin olundu. 1581-ci ildə Qazi Gəray və Səfi Gərayın başçılığı ilə Krım tatarları dördüncü dəfə Şirvana hücum etdilər.[126] Bundan bir qədər əvvəl İmamqulu xan Qacar qızılbaşların güclü dəstəsini Peykər xanın köməyinə göndərmişdi. Şamaxıya hərəkət edən tatarlar başda Şirvan bəylərbəyi Peykər xan olmaqla qacar, cairli, qaramanlı və başqa tayfaların əmirləri ilə qarşılaşdılar. Döyüş Şamaxı ilə Şabran arasında baş verdi. Tatarların əvvəlki uğurlarını görən Qazi Gəray döyüş zamanı yaralandı və qacarlar tərəfindən əsir alındı. Tatarlar və türklərin birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Gəray da əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan tatarlar və osmanlılar döyüş meydanından geri çəkildilər. Əbubəkr Mirzə də geri çəkildi. [134]

1581-ci ildə Peykər xan vəfat etdi və onun yerinə Xəlifə Ənsar Qaradağlı Şirvan hakimi təyin olundu. Lakin İsgəndər bəy Münşi göstərir ki, Xəlifə Ənsar Qaradağlı da Şirvanda müvəfəqiyyət qazanmadı. 1582-ci ildə Xəlifə Ənsar vəfat etdi. Şah Qarabağdan Qəzvinə qayıtdıqdan və Xorasana yürüş etdikdən sonra qızılbaş əmirlərindən heç biri Şirvanda qala bilmədi.[134] Osman paşa bunun sayəsində yenidən Dərbənddən Şamaxıya gəldi və Şirvanda türklərin hakimiyyətini bərpa etdi. Krım xanları Osman paşanın Dərbənddə qala bilməsinə xeyli yardım göstərmişdilər. Bundan əlavə, Osmanlı sultanı Krım və Şimali Qafqazdan hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə Osman paşaya daim yardım göstərirdi.[135][136]

Dağıstanda və Şirvanda türklərin güclənməsi ayrı-arı yerli hakimlərin narazılığına səbəb olduğundan onlar qızılbaşlarla ittifaqa girirdilər.[134] Şamxal və Əbubəkr Mirzə Osman paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş hakiminə müraciət etmişdilər. 1583-cü ilin yazında yeni qüvvələr alan İmamqulu xan Kürü keçərək Şirvana daxil oldu.[137] Şamaxıda olarkən, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının birləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli döyüşdə Yaqub bəy və digər osmanlı hərbi başçıları öldürüldülər. Osmanlıçar tamamilə darmadağın edildilər. Qızılbaşlar onları Dərbəndədək təqib etdilər. Köməyə gələn Osman paşa Samurçay sahilində, Baştəpə yaxınlığında qızılbaşlarla döyüşə girdi. Türk mənbələrinin göstərdikləri kimi, Əbubəkr Mirzə bu döyüşdə qızılbaşların tərəfində çıxış edirdi.[138] Peçevi onu "bu tərəfdən üz döndərmiş İbn Bürhan, xain kafir" kimi yad edir. İmamqulu xanın Osma paşa ilə döyüşü bir neçə gün davam etdi. Atışma gecələr məşəl işığında davam etdirildiyi üçün bu döyüş "Məşəllər savaşı" adlandılır.[126] Yalnız döyüşün dördüncü günü Osmanlılar üstünlük qazandılar və qızılbaşları döyüş meydanıdan çəkilməyə məcbur etdilər.[139]

1583-cü ilin yayında şərq yürüşünün yeni hərbi rəhbəri Fərhad paşa 70–80 min nəfərlik qoşunla Ərzurumdan çıxdı və Qarsı keçərək Çuxursəəd vilayətinə daxil oldu. Qazi Əhmədin məlumatına görə, Fərhad paşanın yürüşü ona görə mümkün olmuşdu ki, şahın əsas qüvvələrlə uzun müddət Xorasanda olması, qızılbaşlar arasındakı çəkişmələr haqqında Rumda xəbər tutmuşdular. Öz qarşısında osmanlıların üstün qüvvələrini görən Çuxursəəd bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı Qarabağ və Azərbaycanın cənub hissəsi hakimlərinə İmamqulu xan Qacara və Əmir xan Türkmənə kömək üçün müraciət etdi. Lakin həmin əmirlər Xorasanda olan şahın köməyi olmadan Osmanlı ordusuna qarşı durmağı öz qüvvələri imkan xaricində saydıqları üçün, Məhəmməd xanın çağırışını cavabsız qoydular. Buna görə də Məhəmməd xan İrəvanı tərk etdi və Naxçıvana geri çəkildi. Fərhad paşa İrəvanı tutdu. Orada qala tikdirdi və qalada bir illik ehtiyat yerləşdirib geri qayıtdı. İsgəndər bəy Münşi göstərir ki, Əmir xan və türkmən əmirləri Məhəmməd xana heç bir kömək göstərmədilər. Çünki onlar Təbrizin müdafiəsini və mühafizəsini daha vacib və birinci dərəcəli sayırdılar. Onlar kürdlərin yaxında olması səbəbindən oradan kənara addım atmadılar. Bundan sonra Əmir xan Türkmən öz səfiri Qasım bəyin vasitəsilə türklərin İrəvanı tutması xəbərini şah sarayına yetirdi və şahdan qoşunlarla Azərbaycana gəlməyi xahiş etdi. 1584-cü il yayın əvvəlində şah öz qoşunu ilə Qəzvindən Təbrizə hərəkət etdi.[140][141]

Həmin dövrdə bütün Şirvan və Çuxursəəd vilayəti Osmanlı qoşunlarının əlində idi. Şah hökuməti bütün qüvvələri səfərbərliyə alıb, düşmən basqınını təşkil etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin qarşısını almaq əvəzinə, 1585-ci ilin qışında və yazında öz vaxtını Təbrizdə əyləncələrə sərf etdi. Təbriz vilayətinin bəylərbəyi Əmir xan Türkmən 12 min nəfərlik tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin yanında Əmir xanın nüfuzunu xeyli artırdı.[142]

Bu dövrdə Həmzə Mirzənin artıq on səkkiz yaşı var idi. O, böyük oğul, taxt-tacın varisi kimi dövlət işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi. İsgəndər bəy Münşi yazır ki, "təkəbbürlü və tündxasiyyət olan Həmzə Mirzə Sərab düşkünü idi. Qızılbaş əmirləri onun anası Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə Əmir xan Türkmən Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onun özünə yaxınlaşdırmaq və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və buna əsaslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşı-qarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz."[143]

Türkmən tayfasına düşmən olan saray adamlarından bir çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər. Onlar hər vasitə ilə bu ittifaqı pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və həmpiyalələri[q 14] olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şam şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına sözlər deməyə başladılar. Əmir xan Təbrizdə, şah iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar həmçinin, əsassız şəkildə göstərdilər ki, Əmir xan, onun qohumları, yaxın adamlar Təbriz əhalisini istismar edir, qarət edirlər və bunun sayəsində zinət və var-dövlət ələ keçirirlər. Bu söhbətlə tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi.[144]

Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında olan söhbətləri eşidən Əmir xan özünün davranışı ilə vəziyyətini daha da ağırlaşdırdı. Beləliklə, Əmir xanla Həmzə Mirzə arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun əmlakı isə müsadirə edildi. Əmir xanın vəzifəsindən uzaqlaşdırılmasına və həbsə salınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu Ustaclı Təbriz hakimi və Azərbaycanın cənub hissəsinin bəylərbəyi təyin edildi. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin köməyilə yenidən türkməntəkəli tayfalarının feodallarını yüksək vəzifələrdən çıxararaq onların yerlərini tutdular.[145]

Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi Məhəmməd xan Türkmən Həmədan hakimi Vəli xan Təkəli ilə Əmir xanın düşmənlərinə divan tutmaq məqsədilə, Təbrizə hərəkət etmək barədə razılığa gəldilər. Bunun ardınca 1585-ci ilin mayında Əmir xanın Qəhqəhə qalasında öldürülməsi türkmən və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu.[146] Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq məhv etdi və Osmanlı qoşunlarının gələcək istilalarını asanlaşdırdı.[147]

Gərginləşmə

Müharibənin dördüncü mərhələsi

Əsəfi-dal Mehmedin "Şücaətnamə" əsərində Osmanlıların Təbriz üzərinə yürüşü.

Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Osmanlı sultanı, döyüşkən Özdəmiroğlu Osman paşanı Şirvandan geri çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu şərq yürüşünün başçısı təyin etdi. 1585-ci ilin əvvəlində Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və orada günlərini keçirirdilər. Osmanlıların Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa səbəb oldu. İndi düşmən yaxında idu və artıq gerçəkliyi inkar etmək mümkün deyildi. Buna görə də Qarabağdan bütün vilayətlərin hakimlərinə fərmanlar göndərildi və onlara qoşunlarla Təbrizə gəlmək barədə göstəriş verildi.[148]

Lakin qızılbaş əmirlərinin əksəriyyəti – Məhəmməd xan Təkəli, Vəli xan Təkəli, Rey hakimi Müseyib xan Şərafəddin oğlu Təkəli və başqaları şah qərargahının tələbinə tabe olmaqdan imtina etdi. Onlar bu çağırışı cavab vermədilər, habelə Osmanlılarla mübarizə aparan Həmzə Mirzənin qoşunlarına qarşı hərbi əməliyyatlara başlamaqla Osmanlılarla birgə çıxış etmiş oldilar. İsgəndər bəy Münşi göstərir ki, "hər iki tayfadan – türkmən və təkəlidən heç bir adam, Fars, Kirmanİraq hakimlərinin qoşunları da şahın hərbi düşərgəsinə gəlmədilər." Osman paşa 1585-ci ilin avqustun 12-də Ərzurumu tərk etdi və Panisabad, Çaldıran, Xoy, Mərənd, Sufiyan, Təbriz istiqamətində hərəkətə başladı.[149][150]

Şah öz saray adamları ilə Qarabağdan cənuba doğru hərəkət etdi və Bazarçaydan keçərək Naxçıvana yola düşdü. Yolda ikən məlumat alındı ki, Osman paşa Mərənddədir və tələsik Təbrizə doğru hərəkət edir. Buna gərə də Həmzə Mirzə 20 min nəfərlik qoşunla ona qarşı göndərildi. O, Ordubaddan keçib Dizmar Üzümdülə tərəf hərəkət etdi. Sufiyan ərazisində Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Əvvəlcə qızılbaşlar osmanlıları böyük itkiyə məruz qoydular. Lakin sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur oldular.[151]

Qızılbaşların vəziyyəti pisləşdi. 20 min nəfərlik silahlı qüvvə ilə Osmanlıların on dəfə üstün olan, üstəlik artilleriya ilə yaxşı təchiz olunmuş qüvvələri ilə mübarizə aparmaq mənasız idi. Hərbi şurada daha təcrübəli sərkərdələr Şah I Təhmasibin nümunəsi əsasında hərəkət etməyi məsləhət görürdülər. Onlar təklif etdilər ki, Təbriz əhalisi Qaradağ qalalarına köçürülsün, şəhər taxılsız və ərzaqsız qalsın. Osmanlı qoşunları Təbrizə daxil olduqdan sonra isə bütün yolları bağlamaqla şəhərə ərzaq gətirilməsinə yol verilməsin. Beləliklə, onlar belə hesab edirdilər ki, aclıq Osmanlı qoşunlarını Təbrizi tərk etməyə və geri çəkilməyə məcbur edər. İsgəndər bəy Münşi yazır ki, "bu daha ağıllı təklif əmirlərin əksəriyyəti tərəfindən bəyənilmədi." Bunun müqabilində şurada müharibə etmək tərəfdarı olan gənc qızılbaşlar üstünlük təşkil etdi. Onlar israr edirdilər ki, Təbrizdə özünü, öz ailəsini qorumağa və şəhəri müdafiə etməyə qadir olan təqribən 50 min gənc adam vardır. Onların fikrincə, Təbrizin küçələrində maneələr qurmaq və düşməni şəhərə buraxmamaq lazımdır. Təbrizlilərə xüsusi fərmanla təklif edildi ki, öz yerlərində qalsınlar və şəhəri düşmənlərdən müdafiə etməyə hazırlaşsınlar.[152]

Onlara vəd edilirdi ki, qızılbaş qoşunları düşmənə arxadan zərbələr endirməklə bütün vasitələrlə şəhərlilərə kömək edəcəklər. Bundan sonra, Təbriz hakimi vəzifəsində qardaşı Əliqulu xanı əvəz edən Hüseynqulu xan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaclı və Mehdiqulu xan Şamlı min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə göndərildilər. Onlara "küçələrdə maneələr qurmaq, əhalini maneələr yaratmağa cəlb etmək, təbrizlilərdən kiminsə öz ailəsini şəhərdən çıxarmasına yol verməmək, belə ev sahibini edam, əmlakını isə qarət etmək" əmri verilmişdi.[153] İsgəndər bəy Münşi yazır ki, "şəhərin məhəllələri bölüşdürülmüşdü və hər bir sahənin müdafiəsi həmin məhəllədən olan pəhləvanlardan birinə tapşırılmışdı. Hər bir maneəyə başçılıq etmək təcrübəli şəxslərə, qızılbaşlardan olan etibarlı şəxsə tapşırılmışdı." Sufiyan yaxınlığında qızılbaşların Təbrizdə Osmanlı qoşunları ilə ilk toqquşması 1585-ci il sentyabrın 18-də baş vermişdi. Sonrakı gün Osman paşa qoşun saxladığı ərazidən qayıdaraq Təbrizin şimalından axan Acısu[q 15] çayının keçidinə yaxınlaşdı. Osmanlı ordusunu Maqsud bəy Zülqədər müşayiət edirdi.[154]

Əldə olunan məlumatlara görə, Maqsud bəyin türklərin göstərişi ilə Təbriz əyanlarına yazdığı məktubda, öz həyatlarını hifz etmək istədikləri təqdirdə Osmanlı sultanına itaət etməyə çağırmışdı. Qəti tələbinə cavab almayan Osman paşa sentyabrın 20-də Təbrizə qarşı hərbi əməliyyatlara başladı. Əsasən müdafiəsiz qalmış Təbriz sultanın çoxsaylı nizami ordusuna qarşı uğurla müdafiə olunmaq iqtidarında ola bilməzdi. Şəhər ələ keçirildi. Lakin düşmən, Təbrizi müdafiə edən sakinlərin Osmanlılara ilk döyüşlərdə göstərdikləri cəsarət və igidliklərinə görə şəhəri dərhal tuta bilmədi. Diyarbəkir hakimi Ciğaloğlunun başçılığı altında 7–8 min nəfərlik ilk dəstə "Dəvə çarvadarları" küçəsi ilə şəhərə daxil oldu.[155]

Qazi Əhmədin xəbər verdiyi kimi, şəhər maneələrinə qarşı Osmanlıların ilk hücumu onlara müvəfəqiyyət gətirə bilmədi. 170 nəfər itirən türklər şəhərdən kənardakı çıxış mövqelərinə geri çəkildilər. Ertəsi gün səhər, Osmanlı artilleriyasının atəşə tutduğu maneələr axşama yaxın məhv edildi. Osmanlı qoşunları küçə döyüşləri apararaq Təbrizə daxil oldular və Sahibabad meydanına qədər irəlilədilər. Bundan sonra müqavimət göstərməyin mənasız olduğunu görən Pirqeyb xan və Hüseynqulu sultan özlərinin dəstəsi ilə şəhəri tərk edərək şah qərargahı ilə birləşdilər. Təbrizlilər daha bir müddət inadla müqavimət göstərdilər. Bir çox sakinlər özlərinin əşya və ləvazimatını əvvəlcədən torpağa basdırdılar. Xilas olmaq ümidi ilə ailələrini də götürüb piyada Təbriz ətrafındakı Sürxab dağında yerləşən qızılbaş düşərgəsinə getdilər. Şəhər əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün qazi Kamran bəy Əvhədinin, şeyxülislam Mövlana Məhəmməd Əlinin və digər şəxslərib daxil olduğu nümayəndə heyətini Osman paşanın yanına göndərdilər. Lakin bu, əhalini kütləvi qarət və talanlardan xilas edə bilmədi. Oruc bəy yazır ki, "şəhərlilərin müqavimətindən qəzəblənmiş Osman paşa, Təbrizi qarət etmək üçün öz əsgərlərinin sərəncamına verdi." Qazi Əhməd yazır: "Yeniçərilər heyətləri, evləri gəzir və əllərinə keçənin hamısını götürürdülər." Təbrizin bir çox binaları dağıdıldı, məscidlət istilaçılar tərəfindən daş qalığına çevrildi. Salnaməçi qeyd edir ki, "şiə ilahiyyatçılarının, mahir xəttatların əli ilə yazılmış çoxlu kitablar məhv edildi. Osmanlılar ən böyük Təbriz bazarı olan Qeysəriyyə bazarının saysız-hesabsız mallarını qarət etdilər, bazarı isə yandırdılar." Osman paşa Təbrizi tutduqdan sonra məşhur "Həşt-Behişt" sarayının yaxınlıqlarında qala tikdirmək qərarına gəldi. İsgəndər bəy Münşi göstərir ki, gecələr "qara camaat və pozğun ünsürlər" dəstəsi[q 16] Osmanlıların çadırlarına hücum edir, ordunu qarət edir və öldürür, özlərini Osmanlılatın tikdiyi qalaya yetişdirib onların gündüz tikdiklərini gecələr məhv edirdilər.[156] Osmanlılar sakinlərin müqavimətini qırmaq üçün Təbrizdə təqib və qətl üsuli-idarəsi yaratdılar. Əhali gündüzlər küçəyə çıxmağa cəsarət etmir və etirazlarını yalnız gecələr ifadə edə bilirdilər. Lakin təbrizlilər ağır şəraitə baxmayaraq istilaçılarla mübarizəni dayandırmırdılar.[157]

Təbriz hamamlarından birində Osmanlı zabiti öldürüldü. Bu barədə paşaya məlumat çatanda o, qəzəbləndi və qoşunlarına əmr etdi ki, şəhər əhalisini kütləvi surətdə məhv etsinlər. Osmanlı əsgərləri Təbrizin küçələrini axtarır, qarşılarına çıxanları qətlə yetirirdilər. Onlar şəhərlilərin evlərinə daxil olur, əhalinin əmlakını qarət edir, kişiləri öldürür, çoxlu qadın və uşaqları isə əsir və qul kimi aparırdılar. Müxtəlif mənbələrdən alınmış ziddiyyətli məlumatlara görə, bir gün ərzində qırğın qurbanlarının sayı 15–20 min nəfərə çatmışdı.[158] Təbriz Osmanlı istilası zamanı İslam şəhərləri arasında ən gözəl, əhalisi sıx və abad bir şəhərdən əhalinin tərk etdiyi, yarımdağıdılmış, əlverişsiz bir şəhərə çevrildi. Türk tarixçilərinin məlumatlarına görə, müdafiə olunduğu ilk üç gün ərzində Təbriz əvvəlki 300 illik tarixindən daha çox zərər çəkmişdi.[159]

Osman paşa Təbrizdə bir aydan bir qədər çox qaldı. Osmanlı qoşunlarını tələsik surətdə şəhərdən çıxmağa vadar edən səbəblər az deyildi. Böyük Osmanlı ordusunun ərzağı yox idi. Oktyabr ayının sonu idi. Yaxınlaşmaqda olan qış vəziyyətin yaxşılaşacağını vəd etmirdi. Ordu çətinliklərin daha da artacağını güman edirdi. Cəza tədbirlərinə baxmayaraq təbrizlilərin ara verməyən mübarizəsi, şəhər ətrafında yerləşdirilmiş düşmən hissələrinə qızılbaş qoşunlarının dəfələrlə etdikləri hücumlar istilaçıların mənəvi ruhuna ciddi zərbə endirmişdi.[160]

Təbrizin süqutundan sonra Üzümlüdəki şah qoşunları qərargahında qərara alındı ki, təbrizlilərin mübarizəsinə kömək etmək məqsədilə, düşmənin şəhər ətrafında yerləşmiş canlı qüvvəsinə bir sıra təsirli zərbələr endirilsin və ona dinclik verilməsin. Osmanlı üzərinə öncə hücum edən qorçubaşı Qulu bəy Əfşar oldu. O, qızılbaş dəstəsi ilə Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığaloğlunu ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə qəsdən geri çəkilmə manevri ilə Cığaloğlunun qoşunlarını öz arxasınca, Qulu bəyin hədəfdə duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum etmiş Cığaloğlu, qızılbaş süvarisini sarsıdıcı hücumuna məruz qaldı. Türklər hücumun qarşısını ala bilməyib qaçmağa başladılar. Qızılbaşlar iki minə yaxın osmanlı ordusunu məhv etdilər. Cığaloğlu isə xilas ola bildi.[161]

Bir neçə gündən sonra Həmzə Mirzə osmanlıların üzərinə hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi Mehmed paşanın başçılığı ilə ona qarşı qoşun hissələri göndərildi. Döyüş yenə də Fəxusfənc çayının sahilində baş verdi. Şahrux xan Həmzə Mirzənin əmri ilə düşmən mərkəzinin arxasına keçdikdən sonra, döyüş qızılbaşın qələbəsi ilə başa çatdı. Düşmən dəstələri sayca üstün olmalarına baxmayaraq, ayrı-ayrı salındı və Osmanlılar tələsik geri çəkilməyə başladılar. Hər iki Osmanlı sərkərdəsi – Murad paşa və Mehmed paşa qızılbaşlara əsir düşdü. Mehmed paşa tezliklə xəsarət aldığı üçün vəfat etdi. Bu döyüşdə iştirak etmiş Oruc bəyin məlumatına görə, döyüş zamanı Trabzon paşası və bir sıra digər Osmanlı sərkərdələri həlak olmuşdular. Qızılbaş qoşunları düşməni türkləri əsas qüvvələrinin Çərəndabdakı düşərgəsinə qədər təqib etdilər.[162]

Özlərinin böyük olmayan qüvvələrinə baxmayaraq, qızılbaşlar düşmənin əziyyətini xeyli artır, ona dinclik vermirdilər. Bunlar hər biri son nəticədə Osmanlı hərbi rəhbərliyini geri qaytarmaq üçün tələsməyə vadar etdilər. Osman paşanın ağır xəstələnməsi və vəfatı ilə əlaqədar olaraq Cığaloğlu Sinan paşa Osmnalı qoşunlarının baş sərkərdəsi təyin edildi. Getməzdən əvvəl Osmanlıların Təbrizdə tikmiş olduqları qalada birillik döyüş sursatı və ərzaqla Cəfər paşanın başçılığı altında yeddi min nəfərlik hərbi hissə yerləşirdi. Oktyabrın 29-da Osmanlı qoşunları özlərinin Çərəndabdakı baş düşərgələrini tərk etdilər və geriyə yola düşdülər.[163] Həmzə Mirzə geri çəkiləm düşmənin arxasınca hərəkət etdi və onun arxada qalan hissələrinə Şənbi-Qazanda çatdı. Baş vermiş döyüşdə Osmnalılar böyük itkiyə məruz qaldılar. Həmzə Mirzə Təsuca qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr endirdi.[164]

Təbrizə qayıdan Həmzə Mirzə, Təbrizi çox pis halda gördü. İsgəndər bəy Münşi Təbrizi belə təsvir edir: "Zər və mavi rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi. Öz gözəl bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı, hamısını kəsib yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər. Çoxminli yaraşıqlı binalardan, orta təbəqədən olan adamın yaşaması üçün yararlı olan bir ev belə salamat qalmamışdı. Dükanlar, kaşılarla işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü… Hər yerdə — küçələrdə, bazarlarda, evlərdə öldürülmüş təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli kefli-əyləncəli şəhər olan Təbriz, ölü şəhər kimi görünürdü. Bütün bunlara bir dəfə baxmaqla dəhşətdən ürək sıxılırdı."[165]

Qızılbaşların şəhərə daxil olduğundan xəbər tutan əhali şəhərə qayıtmağa və qoşunlarla birlikdə Təbrizi cəsədlərdən təmizləməyə, evləri təmir etməyə, yaşayışı qaydaya salmağa başladı. 1585–1586-cı ilin qışını şahın saray əhli Təbrizdə keçirdi. Səfəvi hərbi rəhbərliyi başa düşürdü ki, Təbrizdəki Osmanlı hərbi hissəsi ciddi təhlükə təşkil edir və ölkədə gələcək Osmanlı hökmranlığının dayaq məntəqəsidir. Buna görə də, Həmzə Mirzə ona sadiq olan əmirlərlə birlikdə qalanı almaa üçün bir sıra inadlı, lakin son nəticədə uğursuz cəhdlər etdi. Qızılbaşların topları yox dərəcəsində idi. Bunlarsız isə qalaya hücum etmək çətin idi. Onların əlində olan yeganə top Göyərçinlik qalasından Təbrizə gətirilmişdi. Bu topun köməyilə bürclərdən birinin xeyli hissəsi dağıdılmışdı.[166] Lakin türklər qəfil həmlə ilə qızılbaşları topdan uzaqlaşdırdılar və topu çəlikib qalaya apardılar. Yeni topu hazırlamağa iki ay sərf olundu. Lakin keyfiyyətinin pisliyinə görə nə birinci, nə də ikinci top istifadəyə yararlı olmadı. Qala uğrunda döyüşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli sərkərdələrindən birini – zülqədər tayfasının başçısı Şahrux xan Möhrdarı itirdilər. Qiyamçı türkməntəkəli əmirləri gələnədək qalanı ələ keçirməyə cəhd göstərən Şahrux xan ehtiyatsızlıq etdi, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşdı. Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xana hücum etdi. Onun adamları və oğlu qızğın döyüşdə qılıncdan keçirildilər. Şahrux xan isə yaralı halda əsir düşdü. Daha bir səbəb qızılbaşların qalanı ələ keçirməsinə və düşmənin hərb hissəsinin məhv edilməsinə mane oldu. Səbəb bunda idi ki, qızılbaşlar Təbrizə qayıtdıqları vaxtdan etibarən, şahzadənin gizli əmrləri ilə Həsən padşah məscidində yeraltı yolla qala bürclərindən birinin altından içəri daxil olmaq və qapını açmaq istəyirdilər. Bir neçə ay keçdikdən sonra yeraltı yolla qala divarlarına çatdılar. İşləri tamamilə başa çatdırmağa bir neçə gün qalmışdı.[167] Lakin qorçubaşı Qulu bəy Əfşarın xəyanəti və qalaya – Osmanlıların yanına qaçması, qızılbaşların planlarının həyata keçirilməsinə mane oldu. Qulu bəy Cəfər paşaya yeraltı yol barədə danışdı. Mühasirədə qalanlar lağımın sonunu tapdılar, onu torpaqla doldurdular, bununla da həmin tərəfdən olan təhlükəni aradan qaldırdılar. Qalanı ələ keçirmək cəhdində ümidsizliyə qapılan Həmzə Mirzə qala divarlarına hücum etmək barədə öz qoşunlarına əmr verdi. Qızılbaşlar qala divarlarına bərkidilən nərdivanlarla qalaya daxil olmaq üçün cəhdlər göstərirdilər. Minlərlə şəxsin həyatına başa gələn bu inadlı və ümidsiz qızılbaş hücumu bir neçə gün davam etdi.[168]

Bu vaxt türkmən və təkəli əmirlərinin Təbrizə yaxınlaşması xəbərinin alınması, Həmzə Mirzəni Osmanlı qalasının hərbi hissəsi ilə mübarizəni dayandırmağa məcbur etdi. Bununla əlaqədar olaraq Qulu bəy Əfşarın Osmanlıların tərəfinə keçməsinin öz səbəbləri var idi. Qulu bəy Məhəmməd xan Türkmən və başqaları ilə birlikdə Həmzə Mirzənin anasının ölümü ilə nəticələnən qəsddə iştirak etmişdi.[168] Şahzadə anasının qisasını almaq istəyirdi. Qiyamçılar yaxınlaşdıqca Əliqulu xan Fəth oğlu Ustaclı və onun tərəfdarları Həmzə Mirzəyə bildirdilər ki, Məhəmməd xan Türkmənin keçmiş müttəfiqi Qulu bəy qorçubaşı təhlükəlidir, onu məhv etmək lazımdır. Şahzadə buna razı oldu. O, gizli olaraq qorçubaşı vəzifəsinə Təhmasibqulu Sultan Ərəşli-Əfşarı təyin etdi və Qulu bəyi öldürməyi ona tapşırdı. Bu barədə qardaşı oğlu Cabbarqulu bəydən məlumat şah qvardiyasının keçmiş rəisi, xilas olmaq üçün düşmən tərəfinə keçməkdən başqa bir yol tapmadı.[169]

Sülh danışıqları üçün cəhdlər

Diyare-əcəmin məkrli valisi olan Xudabəndə qoy bu tovqini[q 17] alıb, bilsin ki, günahkar İsmayıl öz fitnəkar atası Şeyx Heydərin təbəəsi olan bir neçə natəmiz adamın köməyi ilə səltənət ucalığına yüksəlib fəsad edərək hidayət yolundan dönmüşdü. Babam Sultan Səlim isə əcəm mülkünü tutmaq və o məlunu əzmək üçün yürüş edib, Çaldıranda döyüşdə babanız Allahın qəzəbinə gəldi. Siz peyğəmbər səhabələrinə, yəni həzrət Əbu BəkrəÖmərə öz düşmənçiliyinizi və kininizi izhar etdiniz, fəzilətli və sülhsevər sünniləri qətlə yetirdiniz. Sünnilər də, cahana pənah verən dərgahdan[q 18] pənah istədilər. Səltənət bizə çatanda şəriət qayda-qanununun kamiliyyi və şiə qanunlarının aradan götürməsi üçün bir nəvvabımı çoxlu ləşkərlə sizin diyarınıza yolladım. O, sizi, torpaqlarınızı ələ keçirdi, siz isə ona qarşı çıxmayıb gizləndiniz. Vallah bizim gözümüzdə dünyanın zərrə qədər də qiyməti yoxdur. Bizə tabe ol! Ahu kimi qaçsan belə, Məhəmməd, millətinin Azərbaycana, İraqa, İsfahana, hətta Türkistana, ÇinəOman sahillərinə getsən belə səni tutub gətirəcəklər.
Sultan III Muradın Məhəmməd şah Xudabəndəyə məktubu.[170]

Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmənə və Vəli xan Təkəliyə Fars hakimi Ümmət xan Zülqədər də qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə Mirzənin qarşısında indi türkmən, təkəli və zülqədər tayfalarının birləşmiş qüvvələri dururdu. Qiyamçı qoşunlar artıq mərkəzi hakimiyyətin nəzarəti altında olan qüvvələrdən üstün idilər. Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrindən azad edilməsini şərt kimi irəli sürdülər.[171] Həmzə Mirzənin qiyamçıların arasına ittifaqsızlıq salmaq cəhdi baş tutması. Qiyamçılar danışıqlar aparmaq üçün onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər bir neçə vasitəçini isə girov saxladılar. Qiyamçı əmirlər Təbrizin dörd fərsəxliyində[q 19] yerləşən Səidabad adlı yerə yaxınlaşanda şah qoşunlarında xidmət edən türkməntəkəli tayfalarından olan döyüşçülər qiyamçıların düşərgəsinə getməyə, öz tayfalarına qoşulmağa başladılar. Həmzə Mirzədən narazı olanlar onu tərk etdilər. Təhlükəli vəziyyət yarandı. Şah və Həmzə Mirzə Əmir xan Türkmənin tikdirdiyi möhkəmləndirilmiş Təbriz qalasında gizləndilər.[172] Qiyamçı əmirlət şahzadənin adına göndərdikləri məktubda Əmir xanın qatillərinin, ilk növbədə Əliqulu xan Fəth oğlunun onlara təslim olunmasını tələb etdilər. Bu tələbdən qəzəblənmiş Həmzə Mirzə ustaclışamlı əmirlərinə qiyamçılara qarşı döyüşə başlamağı əmr etdi. Özü isə şah Məhəmmədlə onların ardınca getdi. Lakin döyüş baş tutmadı. Qiyamçılar öz həyatları üçün təhlükə olmadan şah qoşunları ilə birləşmək, birlikdə Təbrizdəki Osmanlı qalasına hücum etmək naminə, öz tələblərini Əmir xanın qatillərini saraydan çıxarmaq və onları ucqar vilayətlərə göndərməklə məhdudlaşdırdılar. Lakin Həmzə Mirzə qiyamçıların bu təklifini də rədd etdi.[173] Ertəsi gün Təbrizdə, şah düşərgəsində gözlənilməz münaqişə baş verdi. Əsasən böyük qorçilər sırasına daxil olan zülqədər, əfşar, qacar tayfaları əyanlarından bir dəstəsi açıq aşkar surətdə şahzadənin qiyamçıların tələblərinə güzəştə getməməsindəm narazılıqlarını bildirməyə başladılar. Onlar qeyd etdilər ki, Əliqulu xan Fəth oğlu və Məhəmməd Sarızolağa görə qızılbaş tayfaları arasına müharibə vəziyyətinə bənzər ədavət salmaq olmaz. Qorçular döyüşçülər və şəhərlilər kütləsinin müşayiəti ilə Əliqulu xanın evinə gəldilər və evi talan etdilər. Bu şəhərin başqa məhəllələrində ustaclı əyanlarının evlərinin qarət edilməsi üçün işarə rolunu oynadı. Sonra qorçular Həmzə Mirzənin iqamətgahına gəldilər və onun pəncərəsi qarşısında əyanların təslim olunmasını tələb etdilər. Qorçuların hərəkətlərindən hiddətlənmiş Həmzə Mirzə əlində qılınc saraydan çıxdı və iğtişaşların əsas şəxslərinə ölümcül zərbələr endirdi. Yerdə qalanlar iqamətgahı tərk etdilər.[174]

Həmin vaxtda şah Məhəmmi qəti olaraq sıxışdırmış, ölkəni tək idarə edən Həmzə Mirzənin barışmazlığına əmin olmuş türkmən və təkəli əmirləri onu taxtdan salmaq üçün silahlı mübarizə aparmağa başladılar. Bunun üçün onlar Təbrizdə, şah sarayında olan şahzadələrdən birini şah elan etmək qərarına gəldilər. Qiyamçılar şah ailəsinin yerləşdiyi Əmir xanın qalasında keşik çəkən qoşunların arasındakı tərəfdarlarının vasitəsilə Həmzə Mirzənin kiçik qardaşı şahzadə Təhmasibi qaçırda bildilər. Təhmasibi qiyamçıların düşərgəsinə gətirdilər. Əmirlər gənc şahzadə ilə dövlətin paytaxtı Qəzvinə gəldilər. Təhmasib Mirzənin yoxa çıxması saray əhlini ayağa qaldırdı.[175]

Həmzə Mirzə qiyamçıların niyyətinə mane olmaq üçün təcili tədbirlərə əl atmaq qərarına gəldi. O, Məhəmməd xan Toxmaq Ustaclı və İmamqulu xan Qacarı qoşunların bir hissəsi ilə Təbrizdə qoydu. Onlara şah Məhəmməd və qardaşı Abutalıb Mirzə barəsində qayğı göstərmələrini tapşırdı və Təbrizdəki Osmanlı qalasının mühasirəsini davam etdirməyi onlara həvalə etdi. İsmayılqulu xan qoşun dəstəsi ilə qiyamçılardan əvvəl paytaxtı tutmaq və Həmzə Mirzənin qoşunları gəlib çıxanadək oranı əldə saxlamaq üçün Tarom və Xalxaldan keçən yolla Qəzvinə göndərildi.[176] Həmzə Mirzə isə sayı 3 min nəfərdən artıq olmayan qüvvə ilə İsmayılqulu xanın ardınca, Qəzvin istiqamətində yola düşdü. O, öz yolundan kənara çıxaraq Ərdəbilə gəldi. Burada özünün böyük olmayan qüvvələrini şeyxavənd tayfasının olan qədim Səfəvi müridlərinin hesabına artırmaq istəyirdi. Lakin Həmzə Mirzə uğursuzluq yaşadı. Tarom ərazisində Qızılüzən çayında baş verən problemlər nəticəsində qoşunun azuqəsi məhv oldu.[177]

Xəbər alındı ki, əvvəlcə göndərilmiş İsmayılqulu xan qiyamçılara müqavimət göstərmədən Qəzvini tərk edərək Deyləmə çəkilmişdir. Qiyamçılar maneəsiz olaraq Qəzvinə daxil oldular və Təhmasib Mirzənin atasının varisi elan edərək şah sarayında yerləşdirdilər. Həmzə Mirzəyə xidmət etmiş bir çox əmirlərin və başqa əyanların əmlakı qarət edildi. Qazi Əhmədin xəbər verdiyi kimi, bu yolla təqribən 100 min tümən[q 20] məbləğində pul və əmlak mənimsənildi. Təhmasibin yanında vəzir və digər vəzifəli şəxslər təyin edildi.[178] Vəkil vəzifəsi türkmən və təkəli əyanları arasında düşmən obyektinə çevrildi. Müseyib xan Şərafəddin oğlu Təkəli vəkil təyin edildi. Təhmasib Mirzənin taxta varis olduğu xəbəri ilə İsfahanaİraqın digər yerlərinə adamlar göndərildi.[179]

İsmayılqulu xan Taromda öz dəstəsi ilə Həmzə Mirzəyə qoşuldu. Sultaniyyədə ReyKürdüstan əmirləri, habelə əfşar və bayat tayfalarından olan döyüşçülər şahzadənin qoşununa daxil oldular. Qoşunun sayı 7 min nəfərə çatdı. Qiyamçılar şahzadənin yaxınlaşması xəbərini alanda 10 min nəfərdən çox qoşunla Qəzvini tərk edərək onu qarşılamağa yollandılar. Sainqala adlana yerdə döyüş baş verdi. Sayca üstün olmalarına baxmayaraq qiyamçılar darmadağın edildilər. Qiyamçıların başçıları – Məhəmməd xan Türkmın və Müseyib xan Təkəli əsir alındı. Vəli xan isə döyüş zamanı həlak oldu. Qiyamçıların əlində olan Təhmasib Mirzə isə Ələmut qalasına salındı.[180] 1586-cı ilin yayında tayfaların təhlükəli qiyamını çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən geriyə — Təbrizə tərəf hərəkət etdi. Şahzadə Təbrizdəki Osmanlı hərbi hissəsinə qarşı mübarizə aparmaq üçün Səfəvilərə sadiq tayfaları öz bayrağı altında toplamağa cəhd göstərdi. Lakin bu dəfə onun çağırışına cavab verən az oldu. Türkmən və təkəli tayfalarının bir hissəsi qılıncdan keçirilmiş, digər hissəsi isə ölkənin müxtəlif vilayətlərinə üz tutmuş, yaxud Osmanlı İmperiyasına getmişdi.[181] İsfahan, Yəzd, Kirman, Kuh Giluyə vilayətlərində yaşayan əfşar tayfası Osmanlıların tərəfinə keçmiş başçıları Qulu bəyin xəyanəti görə Həmzə Mirzədən ehtiyat edərək Təbrizə gəlməkdən imtina edirdilər. Xorasanın şamlı və ustaclı əmirləri Həmzə Mirzənin əleyhinə çıxdılar və onun qardaşı Abbas Mirzənin taxt-tac hüququnu müdafiə etdilər. Buna görə də onlara köməyə gəlmədilər. Bütün bu səbəblərə görə, Sultaniyyədə qoşunların toplanmasını gözləyən Həmzə Mirzə ətrafındakı 10 min nəfərlik qüvvə ilə kifayətlənməli oldu və onlarla birlikdə Təbrizə getməyə tələsdi.[182]

Həmzə Mirzə Təbrizdə yenidən Osmanlıların müqavimətini qırmağa və Osmanlı ordusu yaxınlaşana qədər qalanı almağa cəhd göstərdi. Qızılbaşlar topların atəşi ilə qalanın bir neçə bürcünü darmadağın etdilər. Osmanlıların vəziyyəti pisləşdi. Qızılbaşlar lağıma su buraxmağa cəhd göstərdilər. Lakin qalanın müdafiəçiləri su axınını qaladan uzaqlaşdıra bildulər. Osmanlılar qızılbaşların hücumuna davam gətirməyib mübarizəni dayandıracaqdılar. Lakin bu zaman Fərhad paşa başda olmaqla Osmanlı ordusunun Təbrizə yaxınlaşdığı barədə xəbər alındı.[183] Buna görə də Həmzə Mirzə mühasirədən əl çəkib Üzümdül və Dizmar istiqamətində geri çəkildi. Fərhad paşa şəhərə daxil oldu, qalanı döyüş sursatı və birillik azuqə ilə təchiz etdi, hərbi hissəsinin tərkibini dəyişib geriyə döndü. Fərhad paşa 1586-cı ilin sentyabr-oktyabr aylarında Təbrizdə olduğu zaman Əliqulu xana və əmirlərin yanına öz səfirini göndərərək barışıq təklif etdi.[184]

Sultan türklərin tutmuş olduqları bütün Səfəvi mülklərinin danışıqsız onların əlində qalması şərtilə sülh təklif edirdi. Həmzə Mirzə əmirlərin müqavimətinə baxmayaraq, sülh şərtlərini yalnız Təbrizin Səfəvilərdə qalması şərtilə qəbul etdi. Həmzə Mirzə öz əmrində olan kiçik qüvvələrlə düşmənin tutmuş olduğu Şirvanı, Şəkini, Ermənistanı və Azərbaycanın cənub hissəsinin xeyli ərazisini geri alacağına ümid edə bilmədi. İsgəndər bəy Münşinin göstərdiyi kimi, sülh Səfəvilərə ona görə lazım idi ki, onlar qalan mülklərini, xüsusən də hərbi əməliyyatlar davam etdiriləcəyi halda itirə biləcəyi Azərbaycanın cənub hissəsinin şərq vilayətlərini və İraqı əldə saxlaya bilsinlər. Sərdar Fərhad paşa şahzadələrdən birini sultanın sarayına göndərməyi təklif etdi və bildirdi ki, sultan ona Təbriz əyalətini verə bilər. Həmzə Mirzə kiçik oğlu Heydər Mirzəni İstanbula göndərməyi qərara aldı. Şah və Həmzə Mirzə İmamqulu xan Qacarın hakimiyyəti altında qalmış Qarabağa yollandılar. Gəncədə Həmzə Mirzə Osmanlı elçisi Vəli bəy çaşnikirbaşını qəbul etdi və vəd verdi ki, yaxın vaxtda təcrübəli elçinin müşayiəti, məktublar və hədiyyələrlə öz oğlunu İstanbula göndərəcəkdir.[185]

Fərhad paşanın yanına göndərilən eşikağası Əhməd bəy Ustaclı şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda olduğunu təsdiq etdi.[186] Bundan sonra Həmzə Mirzə dinc yolla istifadə edərək daxildəki işləri qaydaya salmaq, mərkəzi hakimiyyəti möhkəmləndirmək, mübarizəyə başlamaq və Osmanlıları ölkədən çıxarmaq üçün qüvvələri toplamaq istədi. Lakin o, bu niyyətini həyata keçirə bilmədi. Həmzə Mirzə Gəncədən bir qədər aralıda özünün Xudaverdi adlı şəxsi bərbəri tərəfindən öldürüldü. Hakimiyyəti tamamilə öz əlind toplayaraq dövlət işlərində əmirlərin rolunu məhdudlaşdırmağa cəhd göstərən Həmzə Mirzənin güclü şəxsiyyət olması onları qane etmirdi.[187]

Nəticə

Məhəmməd Xudabəndədən sonra Səfəvilər dövlətinin taxtına çıxan, Həmzə Mirzənin qardaşı Şah I Abbasın Dominikus Kustos tərəfindən çəkilmiş təsviri.

Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətində ara müharibələri və feodal özbaşınalığı dövrü başlandı.[188] Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə almaq və ölkəni yaxınlaşmaqda olan daxili parçalanmadan və genişlənən düşmən işğalından xilas etmək üçün cəhdlər göstərdi. Lakin bu vəzifə zəif iradəli şahın bacaracağı iş deyildi.[189] Əyanların özlərinin və bir-biri ilə düşmənçilik edən dəstələrinin arasında çəkişmə başlandı. Həmzə Mirzənin ölümündən dərhal sonra Osmanlılar Gürcüstan, Çuxursəəd, QarabağAzərbaycan əyalətlərini tamamilə ələ keçirdilər.[190][191]

Kaşan bəylərbəyi Vəlican xan Türkman, Kirman bəylərbəyi Vəli xan Afşar, İsfahanda yaşayan Afşarlar, Farsdakı Zülqədərlər Abbas Mirzəni şah kimi tanıdılar. Ölkədəki bu vəziyyətdən istifadə edən osmanlıların Təbrizdəki valisi Cəfərpaşab bir sıra məntəqələri də ələ keçirdi. Eyni vaxtda özbək hakimi Abdullah xan Herata qoşun yeritdi.[191] Səfəvilər İmperiyasının bu çətin günlərində Mürşüdqulu xan Ustaclı kiçik hərbi dəstə ilə 1587-ci ildə Qəzvinə daxil oldu. Qızılbaş əmirlərinin çoxu onun iradəsinə boyun əyərək, Abbas Mirzənin hakimiyyətə keçməsinə razılıq bildirdilər. Xarici yürüşlərin, daxili çəkişmələrin Səfəvi dövlətini sarsıtdığı bir vaxtda Abbas Mirzə şahlıq taxtına oturdu.[192]

Osmanlı komandanlığı Həmzə Mirzənin ölümündən, kəskin ziddiyyətlərin qızılbaş əmirlərinin çəkişmələrinin sarsıtdığı Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən tezliklə istifadə etdi. Təbrizdəki Osmanlı qalasının qalabəyi Cəfər paşa Təbrizdən çıxaraq, nəinki onun ətrafındakı yerləri, habelə Azərbaycanın cənub hissəsindəki bir çox əraziləri də ələ keçirməyi mümkün saydı.[193] Kürd əmirlərinin köməyi ilə Cəfər paşa Ərdəbildən Təbrizə hərəkət edən qızılbaş dəstəsini darmadağın edib geri çəkilməyə məcbur etdi. Düşmənin bu müvəffəqiyyəti Qaradağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xanın xəyanət etməyinə gətirib çıxardı. O, sultana öz itaətkarlığını bildirdi.[194] Bunun nəticəsində Ordubad, Mərənd, Dizmar, Gərgər və qonşuluqdakı ərazilər Cəfər paşanın əlinə keçdi. 1588-ci ildə Cığaloğlu Sinan paşa otüz minlik qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə uğradılar. Başçıları olan Həmədan bəylərbəyi Qorxmaz xan Şanlı isə əsir düşdü.[195]

Bu zaman sultan qoşunları o vaxta kimi Məhəmməd xan Ziyadoğlu-Qacarın əldə saxladığı Qarabağı tutdular. Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu, burada da Osmanlı hərbi hissəsini yerləşdirdi. Qarabağ Osmanlı qoşunları tərəfindən talan edildi. Osmanlıların darmadağın etdiyi qacariyirmidörd tayfaları Arazın cənub sahilinə geri çəkildilər. Bunun ardınca Naxçıvan tutuldu. Beləliklə, 1586–1589-cu illərdə demək olar ki, bütün Azərbaycan tədricən Sultan III Muradın orduları tərəfindən tutuldu. Özbək hakimlərinin Xorasana basqınları Osmanlıların müvəffəqiyyətlərini əhəmiyyətli dərəcədə yüngülləşdirmişdi.[196]

Şah Abbas Səfəvi taxt-tacının sahibi olandan sonra dərhal Osmanlı sərdarı Fərhad paşaya məktub yazaraq, sülh bağlanması üçün köməklik göstərilməsini ondan xahiş etdi: "Aramızdakı fitnənin aradan götürülməsi üçün vəkilim olan Mürşüdqulu xan islam padişahının hüzuruna yollandı. Bu xan bizim şahzadənin göndərilməsi haqqında sizə bəzi məsələləri deyəcəkdir. Mən, həmçinin, o əzəmətli vəzirdən gözləyirəm ki, aramızda sülhün bərqərar olmasından ötrü elə səy etsin ki, bu iş tarixin səhifələrinə zəbt olunsun."[197]

Nəhayət 1590-cı ildə 12 il davam edən Səfəvi-Osmanlı döyüşlərinə son qoyuldu. III Sultan Murad tərəfindən Şah Abbasa ünvanlanan məktubda qalib tərəfin hökmdarı yazırdı: "Dörd yüz ilə yaxındır ki, mənim əcdaımın hər biri cahid yolu ilə getmiş və kafirlərin fitnə fəsad atəşinin söndürülməsinə çalışmışdır. Mən də bu işlə məşğulam. Taxt-tac sizə çatanda siz də sülh barədə düşündünüz, məktub yazdınız. Mirzə Heydəri yolladınız, elçi sifətilə Ərdəbil hakimi Mehdiqulu xanı göndərdiniz. İndi siz babanız Şah Təhmasibin qəbul etdiyi yolu tutun, açıq-aşkar bizimlə söyüşməkdən çəkinin, öz lənətlər yağdıran ağzınızı bağlayın, sünnilərə nifrət etməyi kiməsə məsləhət bilməyin. Xülasə, bizim zorla ələ keçirdiyimiz, ya sakinlərin özləri itaətə gələn bütün yerlər daha qızılbaş hücumu və təcavüzündən azaddır. Sülh müqaviləsi imzalanandan sonra, düşmənçilik və üsyan yoluna düşən adamlara, əgər onlar sizdən sığınacaq istəsələr belə, sığınacaq verilməsin."[198]

Şah Abbas daxili çəkişmələri aradan qaldırmaq üçün Osmanlı dövləti ilə sülh müqaviləsi imzalamaq istəyirdi. Osmanlı dövləti də sülh müqaviləsinə meyl göstərirdi.[199] Uzun sürən savaşlar Osmanlı dövlətində maliyyə çətinlikləri yaratmışdı, tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc tələb olunurdu. ilk addımı Şah I Abbas atdı. O, 1590-cı ildə Həmzə Mirzənin oğlu Heydər Mirzəni İstanbula göndərdi. Həmin ildə tərəflər arasında sülh imzalandı. İstanbul və ya Fərhad paşa müqaviləsi adlanan bu müqaviləyə görə Səfəvi dövləti Azərbaycan, Gürcüstan, Çuxursəəd və Dağıstan üzərində Osmanlı dövlətinin hakimiyyətini tanımalı oldu.[200] Şah Abbas aşağıdakı öhdəlikləri üzərinə götürdü: məzhəb ayrılığına görə insanlar incidilməməli, peyğəmbərin əshab və xəlifələrinə qarşı pisləmələrə və təhqirlərə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin əllərində olan torpaqlar özlərində qalmalı idi.[191][201] 1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə, Cənubi Qafqazın digər əraziləri, habelə İranın qərb vilayətləri – Nahəvənd, Luristan, Şəhrizur Osmanlı İmperiyasına verildi.[202]

Qeydlər

  1. Hicri 984-cü il cumada əl əvvəlin 27-də.
  2. Hicri 985-ci il zülhiccənin 5-də.
  3. Oymaq nəzərdə tutulur.
  4. keçmiş Şirvan ordusunun qalıqları
  5. Malcəhət nəzərdə tutulur.
  6. Tayfa hissəsinin əsasını təşkil edən, silahlanmış ordu üzvü.
  7. Təxminən 12–20 km-dir.
  8. Əsasən həmin yerə bələd olan ləzgilər və şirvanlılar.
  9. Atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan.
  10. Fəthnamələr "Qələbə məktubları" deməkdir.
  11. 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulan qədim ölçü vahidi.
  12. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir.
  13. Təxminən 4,26 q-a bərabərdir.
  14. Biri ilə həmişə bir yerdə içki içən, sərxoşluq edən adam.
  15. Bəzi mənbələrdə çayın adı Abşur kimi qeyd olunur.
  16. Yazılışı əcəmire və ovbaş şəklindədir.
  17. Mənası sultan fərmanı deməkdir.
  18. Osmanlı sarayı nəzərdə tutulur.
  19. 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. 4 fərsəx 24–28 km-dir.
  20. Bir tümən 10 min dinara bərabərdir.

İstinadlar

  1. Roemer, H. R. The Safavid Period // Jackson, Peter; Lockhart, Laurence (redaktorlar ). The Cambridge History of Iran. 6. Cambridge University Press. 1986. 266. ISBN 978-1-139-05498-0.
  2. Mitchell, Colin p. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 178. ISBN 978-0-85771-588-3.
  3. 1 2 The Encyclopedia of world history Peter N. Stearns, p.352[ölü keçid]
  4. "Islam by Gerhard Endress, p.194". 2014-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  5. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine p 163
  6. Colin P. Mitchell. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric Arxivləşdirilib 2022-01-27 at the Wayback Machine I.B.Tauris, 30 Aug. 2009 ISBN 0857715887 p 162
  7. Ga ́bor A ́goston,Bruce Alan Masters. Encyclopedia of the Ottoman Empire Arxivləşdirilib 2018-09-07 at the Wayback Machine Infobase Publishing, 1 Jan. 2009 ISBN 1438110251 p 282
  8. Prof.Yaşar Yücel-Prof Ali Sevim:Türkiye tarihi III, AKDTYKTTK Yayınları, 1991, pp 21-25
  9. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ). Reconstruction and interaction of Slavic Eurasia and its neighbouring worlds (PDF). Slavic Eurasian Studies, No.10. Sapporo: Slavic Research Centre, Hokkaido University. 2006. səh. 243. ISBN 4938637391. 2020-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-30.
  10. Karen Ordahl Kupperman. The Jamestown project. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  11. Maria Pia Pedani Fabris, Alessio Bombaci. Inventory of the Lettere E Scritture Turchesche in the Venetian State Archives. BRILL. 2010. 26. ISBN 978-9-004-17918-9.
  12. Petruccioli, Attilio. Gardens in the Time of the Great Muslim Empires: Theory and Design. E. J. Brill. 1997. 50. ISBN 978-9-004-10723-6.
  13. Karateke, Hakan T. "On the Tranquility and Repose of the Sultan." The Ottoman World. Ed. Christine Woodhead. Milton Park, Abingdon, Oxon; New York: Routledge, 2011. p. 118.
  14. Colin P. Mitchell, The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric (London: I.B. Tauris, 2009) ("Mitchell"), p. 160.
  15. Garthwaite, Gene R. The Persians. The Peoples of Asia. 9. Blackwell. 2005. 172–173. ISBN 1-55786-860-3. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  16. John Wilson, Iranian treasures bound for Britain, BBC Radio 4, 19 January 2009, BBC Radio 4's live magazine Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine, Front Row Arxivləşdirilib 2009-02-28 at the Wayback Machine (audio report).
  17. Pearce, Francis Barrow. Zanzibar, the Island Metropolis of Eastern Africa. New York, NY: E. P. Dutton and Company. 1920. LCCN 20008651. 1 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2014.
  18. Shah Abbās: The Remaking of Iran, The British Museum Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine, in association with Iran Heritage Foundation, 19 February. 14 June 2009
  19. 1 2 3 "Səfəvi-Osmanlı qarşıdurmasının yeni mərhələsi". Siyasət (az.). 3 sentyabr 2015. 30 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2018.
  20. 1 2 “Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu. "Səfəvilər dövlətinin 2-ci şahı I Təhmasib. On yaşında taxt-taca sahib çıxan şahzadə" (az.). "Azadlıq", ANL. 4 may 2013. 29 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2019.
  21. Oqtay Əfəndiyev, 2007. səh. 163
  22. Oqtay Əfəndiyev, 2007. səh. 166-167
  23. 1 2 Süleyman Əliyarlı, 1996. səh. 394
  24. Oqtay Əfəndiyev, 2007. səh. 168
  25. 1 2 Sakaoğlu, Necdet. Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi. aprel, 2012. 12.
  26. 1 2 3 Turnbull, Stephen. The Ottoman Empire, 1326–1699. Osprey Publishing Ltd. 2003. 55-56. ISBN 978-0-415-96913-0.
  27. 1 2 3 Sakaoğlu, Necdet. Süleyman, Hurrem ve Diğerleri: Bir Dönemin Gerçek Hikayesi. aprel, 2012. 13.
  28. Uzunçarşılı, İsmail Hakkı. Osmanlı Tarihi, II. cilt. Ankara. 1983. 412. ISBN 975-16-0012-X.
  29. "Osmanlı İmperiyasının sultanları necə ölüblər? (TAM SİYAHI)" (az.). M.modern.az. 22 noyabr 2011. 17 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
  30. İlber Ortaylı. "Osmanlı, taht sahibini seçme işini iyi yapamadı" (türk.)). m.milliyet.com.tr. 9 noyabr 2010. 17 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2019.
  31. Mehmed. Sicill-i Osmani, Süreyya. 1. baskı. İstanbul: Kültür Bakanlığı ve Türkiye Ekonomik Ve Toplumsal Tarih Vakfı ortak yayınları. aprel 1996. 15.
  32. "SEMİZ AHMED PAŞA". TDV İslâm Ansiklopedisi (türk). 2020-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
  33. Unat, Yavuz. Takîyüddîn el-Râsıd’ın Gözlemleriyle İstanbul Semalarında Zaman. P-Sanat, Kültür, Antika Dergisi, Zaman ve Sanat. 2003. 80–97.
  34. Şahin Fərzəlibəyli, 1995. səh. 94
  35. 1 2 3 4 İsgəndər bəy Münşi, 2010. səh. 225
  36. 1 2 Oqtay Əfəndiyev, 2007. səh. 168-169
  37. 1 2 3 Фарах Гусейн, 2005. səh. 31
  38. Oqtay Əfəndiyev, 2007. səh. 169
  39. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 226
  40. 1 2 Oqtay Əfəndiyev, 2007. səh. 169-170
  41. 1 2 3 Фарах Гусейн, 2005. səh. 32
  42. İsgəndər bəy Münşi, 2010. səh. 227
  43. Süleyman Əliyarlı, 1996. səh. 396
  44. Oqtay Əfəndiyev, 2007. səh. 170
  45. Oqtay Əfəndiyev, 2007. səh. 170-171
  46. 1 2 Süleyman Əliyarlı, 1996. səh. 397
  47. Фарах Гусейн, 2005. səh. 33
  48. Фарах Гусейн, 2005. səh. 33-34
  49. Oqtay Əfəndiyev, 2007. səh. 171-172
  50. Oqtay Əfəndiyev, 2007. səh. 172
  51. Фарах Гусейн, 2005. səh. 34
  52. Фарах Гусейн, 2005. səh. 35
  53. Oqtay Əfəndiyev, 2007. səh. 173
  54. 1 2 3 4 İsgəndər bəy Münşi, 2010. səh. 234
  55. 1 2 3 Oqtay Əfəndiyev, 2007. səh. 173-174
  56. Фарах Гусейн, 2005. səh. 36
  57. Şahin Fərzəlibəyli, 1995. səh. 97
  58. Фарах Гусейн, 2005. səh. 37
  59. Oqtay Əfəndiyev, 2007. səh. 174
  60. Фарах Гусейн, 2005. səh. 37-38
  61. Oqtay Əfəndiyev, 2007. səh. 174-175
  62. Фарах Гусейн, 2005. səh. 43
  63. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 235
  64. Фарах Гусейн, 2005. səh. 43-44
  65. Фарах Гусейн, 2005. səh. 44
  66. Фарах Гусейн, 2005. səh. 44-45
  67. Петрушевски, И.П. Азербайджан в XVI-XVII века. Bakı: Azərb. SSR Elmlər Akademiyası Tarix İnstitututunun əsərləri, I cild. 1951. 272.
  68. Фарах Гусейн, 2005. səh. 45
  69. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 307
  70. İsgəndər bəy Münşi, 2010. səh. 308
  71. Oqtay Əfəndiyev, 2007. səh. 179
  72. Фарах Гусейн, 2005. səh. 45-46
  73. Фарах Гусейн, 2005. səh. 46
  74. Oqtay Əfəndiyev, 2007. səh. 180
  75. Фарах Гусейн, 2005. səh. 46-47
  76. Фарах Гусейн, 2005. səh. 47
  77. İsgəndər bəy Münşi, 2010. səh. 96
  78. Oqtay Əfəndiyev, 2007. səh. 182
  79. Oqtay Əfəndiyev, 2007. səh. 182-183
  80. Фарах Гусейн, 2005. səh. 47-48
  81. Фарах Гусейн, 2005. səh. 48
  82. Oqtay Əfəndiyev, 2007. səh. 183
  83. Фарах Гусейн, 2005. səh. 48-49
  84. Oqtay Əfəndiyev, 2007. səh. 183-184
  85. 1 2 3 4 Oqtay Əfəndiyev, 2007. səh. 185
  86. 1 2 3 4 5 Фарах Гусейн, 2005. səh. 56
  87. Kütükoğlu, Bekir. Osmanlı – İran Siyasi Münasebetleri (1578–1612). İstanbul: İstanbul Fetih cemiyyeti yayınları. 1993.
  88. 1 2 3 Фарах Гусейн, 2005. səh. 57
  89. Oqtay Əfəndiyev, 2007. səh. 185-186
  90. 1 2 3 Фарах Гусейн, 2005. səh. 58
  91. Oqtay Əfəndiyev, 2007. səh. 186
  92. Oqtay Əfəndiyev, 2007. səh. 186-187
  93. Фарах Гусейн, 2005. səh. 59
  94. Фарах Гусейн, 2005. səh. 60
  95. Oqtay Əfəndiyev, 2007. səh. 187
  96. Фарах Гусейн, 2005. səh. 60-61
  97. Oqtay Əfəndiyev, 2007. səh. 187-188
  98. 1 2 3 4 5 6 Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 109
  99. Фарах Гусейн, 2005. səh. 61
  100. 1 2 3 4 5 6 7 Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 110
  101. Oqtay Əfəndiyev, 2007. səh. 195
  102. Фарах Гусейн, 2005. səh. 61-62
  103. 1 2 3 Фарах Гусейн, 2005. səh. 62
  104. 1 2 Фарах Гусейн, 2005. səh. 63
  105. 1 2 3 Oqtay Əfəndiyev, 2007. səh. 195-196
  106. 1 2 3 İsgəndər bəy Münşi, 2010. səh. 118
  107. Oqtay Əfəndiyev, 2007. səh. 196-197
  108. Фарах Гусейн, 2005. səh. 64
  109. Oqtay Əfəndiyev, 2007. səh. 197-198
  110. Фарах Гусейн, 2005. səh. 64-65
  111. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 104-105
  112. Фарах Гусейн, 2005. səh. 65
  113. Фарах Гусейн, 2005. səh. 66
  114. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 105
  115. Oqtay Əfəndiyev, 2007. səh. 204-205
  116. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 261
  117. Oqtay Əfəndiyev, 2007. səh. 205
  118. Şahin Fərzəliyev, 1995. səh. 98-99
  119. Şahin Fərzəliyev, 1995. səh. 99
  120. Şahin Fərzəliyev, 1995. səh. 99-100
  121. Oqtay Əfəndiyev, 2007. səh. 206
  122. İsgəndər bəy Münşi, 2010. səh. 261-262
  123. Oqtay Əfəndiyev, 2007. səh. 207
  124. Фарах Гусейн, 2005. səh. 67
  125. Фарах Гусейн, 2005. səh. 68
  126. 1 2 3 4 5 6 7 Zabil Bayramlı, Bəymirzə Şabiyev. səh. 111-112
  127. İsgəndər bəy Münşi, 2010. səh. 262
  128. Oqtay Əfəndiyev, 2007. səh. 207-208
  129. İsgəndər bəy Münşi, 2010. səh. 263
  130. Oqtay Əfəndiyev, 2007. səh. 208-209
  131. Фарах Гусейн, 2005. səh. 69
  132. Oqtay Əfəndiyev, 2007. səh. 209-210
  133. İsgəndər bəy Münşi, 2010. səh. 292-293
  134. 1 2 3 Фарах Гусейн, 2005. səh. 70
  135. Oqtay Əfəndiyev, 2007. səh. 210-211
  136. İsgəndər bəy Münşi, 2010. səh. 270-271
  137. Oqtay Əfəndiyev, 2007. səh. 211
  138. Фарах Гусейн, 2005. səh. 71
  139. Zabil Bayramlı, Bəymirzə Şabiyev. səh. 112
  140. Фарах Гусейн, 2005. səh. 72
  141. İsgəndər bəy Münşi, 2010. səh. 293
  142. Фарах Гусейн, 2005. səh. 73
  143. Oqtay Əfəndiyev, 2007. səh. 215
  144. Фарах Гусейн, 2005. səh. 74
  145. Oqtay Əfəndiyev, 2007. səh. 215-216
  146. İsgəndər bəy Münşi, 2010. səh. 296-302
  147. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 112-113
  148. Фарах Гусейн, 2005. səh. 75
  149. Şahin Fərzəliyev, 1995. səh. 101-102
  150. İsgəndər bəy Münşi, 2010. səh. 309
  151. Oqtay Əfəndiyev, 2007. səh. 219
  152. Фарах Гусейн, 2005. səh. 76
  153. İsgəndər bəy Münşi, 2010. səh. 306-308
  154. Oqtay Əfəndiyev, 2007. səh. 220
  155. Oqtay Əfəndiyev, 2007. səh. 220-221
  156. İsgəndər bəy Münşi, 2010. səh. 308-310
  157. Фарах Гусейн, 2005. səh. 77
  158. İsgəndər bəy Münşi, 2010. səh. 310
  159. Oqtay Əfəndiyev, 2007. səh. 222
  160. Фарах Гусейн, 2005. səh. 78
  161. İsgəndər bəy Münşi, 2010. səh. 211-212
  162. İsgəndər bəy Münşi, 2010. səh. 312-313
  163. Фарах Гусейн, 2005. səh. 79
  164. İsgəndər bəy Münşi, 2010. səh. 314-315
  165. İsgəndər bəy Münşi, 2010. səh. 316
  166. İsgəndər bəy Münşi, 2010. səh. 319
  167. Фарах Гусейн, 2005. səh. 80
  168. 1 2 İsgəndər bəy Münşi, 2010. səh. 319-320
  169. Oqtay Əfəndiyev, 2007. səh. 225
  170. Şahin Fərzəlibəyli, 1995. səh. 98
  171. İsgəndər bəy Münşi, 2010. səh. 222-223
  172. İsgəndər bəy Münşi, 2010. səh. 324-325
  173. İsgəndər bəy Münşi, 2010. səh. 326-327
  174. İsgəndər bəy Münşi, 2010. səh. 328-329
  175. Фарах Гусейн, 2005. səh. 81
  176. İsgəndər bəy Münşi, 2010. səh. 330-331
  177. Oqtay Əfəndiyev, 2007. səh. 229
  178. İsgəndər bəy Münşi, 2010. səh. 332-333
  179. İsgəndər bəy Münşi, 2010. səh. 334
  180. İsgəndər bəy Münşi, 2010. səh. 332-345
  181. Фарах Гусейн, 2005. səh. 82
  182. Oqtay Əfəndiyev, 2007. səh. 230-231
  183. İsgəndər bəy Münşi, 2010. səh. 343-344
  184. Фарах Гусейн, 2005. səh. 83
  185. Фарах Гусейн, 2005. səh. 84
  186. İsgəndər bəy Münşi, 2010. səh. 345-346
  187. İsgəndər bəy Münşi, 2010. səh. 346-350
  188. Oqtay Əfəndiyev, 2007. səh. 232
  189. Фарах Гусейн, 2005. səh. 85
  190. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 115-116
  191. 1 2 3 Süleyman Əliyarlı, 1996. səh. 399
  192. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 116
  193. İsgəndər bəy Münşi, 2010. səh. 356
  194. Фарах Гусейн, 2005. səh. 86
  195. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 117
  196. Oqtay Əfəndiyev, 2007. səh. 234
  197. Şahin Fərzəliyev, 1995. səh. 104
  198. Şahin Fərzəliyev, 1995. səh. 105-106
  199. Şahin Fərzəliyev, 1995. səh. 106
  200. Zabil Bayramlı, Bəymirzə Şabiyev, 2017. səh. 118
  201. Oqtay Əfəndiyev, 2007. səh. 235
  202. Фарах Гусейн, 2005. səh. 87

Ədəbiyyat

  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: ”Şərq-Qərb”. 2007. 444 səh + 8 səh. (illüstrasiya). ISBN 978-9952-34-101-0.
  • Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər). Bakı: ”Azərbaycan Dövlət Nəşriyyatı”. 1995.
  • Фарах Гусейн. Османо-сефевидская война 1578–1580 гг. Баку: ”Нурлан”. 2005. 216 стр.
  • Süleyman Əliyarlı. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı: “Azərbaycan” nəşriyyatı. 1996. 872 səh.
  • İsgəndər bəy Münşi Türkmən. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı: ”Şərq-Qərb” Nəşriyyat evi. 2010. 1144 səh. ISBN 978-9952-34-620-6.
  • Bəymirzə Şabıyev, Zabil Bayramlı. Azərbaycan Səfəvilər dövləti (XV-XVI əsrlər) təkmilləşdirilmiş ikinci nəşri. Bakı: ”Elm və təhsil”. 2017. 360 səh.

Xarici keçidlər