Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
Rikkardo Cakkoni | |
---|---|
it. Riccardo Giacconi | |
Doğum tarixi | 6 oktyabr 1931[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 dekabr 2018[4][5] (87 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | astrofizika[1], fizika, astronomiya[1], Kosmik şüalar[1] |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rikkardo Cakkoni (6 oktyabr 1931[2][3][…], Genuya, İtaliya krallığı[7] – 9 dekabr 2018[4][5], San-Dieqo, Kaliforniya) – italyan və Amerika fiziki və astronomu. Nobel mükafatı laureatı (2002).
Milan Universitetini bitirmişdir (1954). İndian və Prinston universitetlərində (1956–59), "American Science and Engineering" tədqiqat kompaniyasında (1959–73), Harvard Universitetinin Astrofizika mərkəzində (1973–81) işləmişdir. Kosmik teleskop İnstitunun ilk direktoru (1981–92) olmuşdur.
Avropa Cənub rəsədxanasının baş direktoru (1993–99) işləyərkən "Çox böyük teleskopun" (Very Large Telescope) yaradılmasına rəhbərlik etmişdir. ALMA submillimetr diapazonlu yaradılması layihəsinin rəhbərlərindən biridir. Əsas tədqiqatları elementar zərrəciklər fizikası, kosmik şüalar fizikası, rentgen astronomiyasına aiddir. 1960-cı ildə B. Rossi ilə birlikdə rentgen teleskopunun layihəsini təklif etmişdir. "Uxuru" (1970) və "Eynşteyn" (1978) ilk kosmik rentgen rəsədxanalarının elmi proqramlarına rəhbərlik etmiş, "Çandra" kosmik rentgen teleskopunun yaradılmasına təşəbbüs göstərmişdir (1999). K. Şvartsşild medalı ilə təltif olunmuşdur (Almaniya 2004).