Kastiliyalı Urraka
26 mart 1212 – 3 noyabr 1220
ƏvvəlkiAraqonlu Dulsa
SonrakıMesiya Lopez de Haro
Şəxsi məlumatlar
Doğum tarixi 1186
Doğum yeri
Vəfat tarixi 3 noyabr 1220(1220-11-03)[1]
Vəfat yeri
Anası Elyanora Plantagenet (Kastiliya kraliçası)
Həyat yoldaşı
Uşaqları
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı3 noyabr 1220[1], Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası.

Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi.

1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.

Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi.

Övladları

Mənbə

  • Seward, Desmond (1978). Eleanor of Aquitaine: The Mother Queen. New York: Dorset Press. p. 233. ISBN 0-88029-055-2
  • Nez, H. Salvador Mart (11 April 2010). Alfonso X, the Learned: A Biography. BRILL. ISBN 978-9004181472
  • Shadis, Miriam (2010). Berenguela of Castile (1180–1246) and Political Women in the High Middle Ages. Palgrave Macmillan. p. 4. ISBN 978-0-312-23473-7

İstinadlar

  1. 1 2 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.