Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
İvan Bunin | |
---|---|
rus. Иван Алексеевич Бунин | |
Doğum tarixi | 22 oktyabr 1870[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 noyabr 1953[1][3][…] (83 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | yazıçı, tərcüməçi, şair, nasir, dramaturq |
Fəaliyyət illəri | 1887–1953 |
Əsərlərinin dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Alekseyeviç Bunin (rus. Иван Алeксeeвич Бунин; 22 oktyabr 1870[1][2], Voronej[1][3] – 8 noyabr 1953[1][3][…], Parisin 16-cı dairəsi[d][1][3]) — rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933).
İvan Alekseyeviç Bunin Nobel mükafatına layiq görülən ilk rus yazıçısıdır. Mərkəzi Rusiyada, Voronej yaxınlığında doğulmuşdu. Atası kökləri XIV əsr Litva cəngavərlərinə gedib çıxan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə etdiklərindən Buninlər demək olar ki, tam müflis vəziyyətə düşmüşdülər.
Gələcək yazıçı ilk təhsilini evdə almış, 11 yaşında isə Yeletsk gimnaziyasında oxumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraxmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi. Yuli dərin ağlı ilə yanaşı həm də siyasi baxışlarının radikallığı ilə seçilirdi. Kiçik qardaşının ədəbi istedadını üzə çıxaran, onu rus klassikası ilə yaxından tanış edən və bədii yaradıcılığa ruhlandıran da Yuli olmuşdu. Bu arada ailənin maddi vəziyyəti daha da çətinləşdiyindən İvan Bunin 1889-cu ildə yerli "Orlovski vestnik" qəzetində korrektor kimi işə düzəlmişdi. İki ildən sonra "qalın" jurnallardan birinin kitabxanası seriyasından onun ilk şeirlər kitabı işıq üzü görmüşdü. Əsasən klassik üsluba yaxınlığı ilə seçilən bu şeirlərdə təbiət mənzərələrinin təsviri başlıca yer tuturdu.
90-cı illərdə Bunin nəsr sahəsində də qələmini sınamışdı. Yaradıcılığına böyük məhəbbətlə yanaşdığı Çexovla məktublaşması da bu dövrə təsadüf etmişdi. İlk görüşləri isə 1895-ci ildə olmuşdu. Sənətə fərqli münasibətlərinə və bədii üslublarının müxtəlifliyinə baxmayaraq, rus ədəbiyyatının bu iki tanınmış siması yaxın və səmimi dostluq münasibətləri qura bilmişdilər.
Ədəbi fəaliyyətinin ilk mərhələsində orijinal fəlsəfi baxışları və fərqli yaşayış tərzi ilə Buninə ciddi təsir göstərən rus sənətkarlarından biri də Lev Tolstoy olmuşdu. Şəxsi tanışlıq və ünsiyyətdən sonra isə ilkin təəssürat pozulmuşdu. Lakin bu, Buninə Lev Tolstoyu hər zaman rus ədəbiyyatının böyük simalarından biri saymağa və onun realizmindən heyranlıqla danışmağa mane olmamışdı.
Yazıçı Buninin populyarlıq qazanmasında 90-cı illərin ortalarında qələmə aldığı əsərlər mühüm rol oynamışdı. Onun "Xutorda", "Vətəndən xəbər", "Dünyanın o biri başında" hekayələri rus cəmiyyətinin acı reallıqlarına – 1892-ci ildəki aclığa, növbəti ilin vəba epidemiyasına, kiçik torpaq sahiblərinin müflisləşməsinə, kəndlilərin Sibirə sürgün edilmələrinə və s. həsr olunmuşdu. Şair Bunin isə orijinal poeziyası ilə yanaşı Rusiyada həm də Lonqfello poeziyasının məharətli tərcüməçisi kimi tanınmışdı. XX yüzilliyin əvvəllərində də bu sahədə fəaliyyətini davam etdirən müəllif Tennisonun "Ledi Qodiv", Bayronun "Manfred" poemalarını, habelə Alfred de Müssö və Fransua Koppenin şeirlərini rus dilinə çevirmişdi.
Onun Maksim Qorki ilə tanışlığı da rus ədəbiyyatı üçün şəxsiyyətlərlə zəngin olan XIX əsrin son ilində baş tutmuşdu. Qorkinin sosialist baxışlarından və ifrat realizmindən xoşlanmasa da, Bunin 1917-ci ilin oktyabrına qədər "proletar yazıçısı" ilə əlaqələrini kəsməmiş, ədəbi əməkdaşlığını davam etdirmişdi.
Rusiya kəndinin və kəndlisinin həyatı, zadəgan malikanələrinin dağıdılması, torpağa sahiblik hissinin itirilməsi iri həcmli nəsr əsərlərinin müəllifi kimi Bunini düşündürən başlıca mövzular idi. Yazıçının Birinci Dünya müharibəsinə qədərki dövrdə qələmə aldığı "Anton almaları", "Şamlar", "Kənd", "Quraqlıq" və s. əsərlərində rus kəndinin dəhşətli vəziyyəti təsvir olunmuşdu. Məhz bu əsərlərə görə Maksim Qorki onu "müasir dövrün ən yaxşı yazıçısı" adlandırmışdı. Bunin Oktyabr inqilabını qəbul etmədi. 1920-ci ilə qədər o, Ağ ordunun nəzarətində olan Odessada yaşadı. 1920-ci ildə isə vətəndaş nikahında olduğu Vera Muromtseva ilə birlikdə Fransaya mühacirət etdi. Parisdə, sonra isə Qrass şəhərində yaşayan yazıçı bolşevik rejiminə nifrətini "Lənətə gəlmiş günlər" adlı gündəliyində (1925–1926) əks etdirmişdi. Yazıçının mühacirət dövrü yaradıcılığında "İerixon gülü" (1924), "Mityanın məhəbbəti" (1925), "Günvurma" (1927) və avtobioqrafik səciyyəli "Arsenyevin həyatı" (1933) kimi əsərləri mühüm yer tutur. 1933-cü ildə İvan Bunin "klassik rus nəsrinin ənənələrni davam etdirən ciddi sənətkarlığına görə" Nobel mükafatına layiq görüldü. Bundan əvvəl onun adı iki dəfə nominantlar siyahısında olmuşdu. İsveç Akademiyasının üzvü Per Halstrem təqdimat nitqində "İvan Buninin real həyatı qeyri-adi dərəcədə ifadəli və dəqiq təsvir etmək məharəti" üzərində xüsusi dayanmışdı. Bunin cavab nitqində mühacir rus yazıçısına verdiyi qiymətə görə İsveç Akademiyasının cəsarətini alqışlamışdı.
Bunin SSRİ-yə qayıtmaq haqqında təkliflər alsa da, Stalin rejimi şəraitində belə addım atmağı məqbul saymamışdı. Onun mühacirətdəki həyatı da asan keçməmişdi. Şübhəsiz, bu çətinlik daha çox mənəvi xarakter daşıyırdı. Rus yazıçısının Nobel mükafatı laureatı kimi yaddaqalan əsəri son dərəcə acı dillə yazılmış "Xatirələr"idir (1950). Müəllif Çexov haqqında hələ 1904-cü ildə başladığı xatirələrini tamamlamağa çalışsa da, buna müvəffəq olmamışdı.
Mühacirətdə Bunin uzun müddət Rusiyanın aparıcı yazıçısı kimi təqdim edilirdi. Lakin o, heç vaxt Dostoyevski, Lev Tolstoy, yaxud Çexov kimi nəhəng sənətkarların səviyyəsinə yüksələ bilməmişdir. Başqa bir rus mühacir yazıçı – Vladimir Nabokov isə onun poeziyasını nəsrindən daha üstün tuturdu.
Buninin mühacirət illərində yaxın dostluq əlaqələri saxladığı ziyalılar içərisində azərbaycanlı Ümmülbanu-Banin də olmuşdu. Yazıçının əsərlərindən ayrı-ayrı nümunələr Azərbaycan dilinə tərcümə edilmişdir.