Lui Reno
fr. Louis Renault
Doğum tarixi 21 may 1843(1843-05-21)[1][2][…]
Vəfat tarixi 8 fevral 1918(1918-02-08)[1][2][…] (74 yaşında)
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Fəaliyyəti hüquqşünas, pedaqoq, universitet müəllimi[d], hakim, vəkil
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lui Reno (21 may 1843[1][2][…]8 fevral 1918[1][2][…]) — Fransız hüquqşünası və müəllim. 1907-ci ildə Ernesto Moneta ilə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.

Lui Reno 1843-cü il mayın 21-də Fransanın Autun şəhərində anadan olmuşdur. 1868-73-cü illər arasında Dijon Universitetində Roma və ticarət hüququ professoru, 1873-cü ildən ölümünə qədər isə Paris Hüquq Fakultəsində professor kimi fəaliyyət göstərmişdir. 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin hüquq məsləhətçiliyinə təyin edilmişdir. Bu vəzifə əsnasında Fransanın xarici siyasətini beynəlxalq hüququn işığında diqqətlə araşdırdı. Aralarında 1899 və 1907-ci illərdəki Lahey sülh konfransı ilə London dəniz konfransının yer aldığı bir sıra konfranslarda iştirak etmişdir.

Müvəffəqiyyətli bir hakim də olan Reno 1905-ci ildəki Yapon Mülk Vergisi, 1909-cu ildə Kasablanka, 1911-ci ildə Savarkar və 1913-cü ildə Karfagen ilə Manouba iddiaları kimi bir çox problemin həllinə kömək etdi. Bu vaxt beynəlxalq hüququn xüsusi məsələlərinə dair çox sayda məqalə və monoqrafiya yazdı. C.Lyon-Caen ilə birlikdə iki cildlik bir ticarət hüququ və səkkiz cildlik bir araşdırma kitabı çap etdirmişlər.

1879-cu ildə " Beynəlxalq Hüququn Araşdırmasına Giriş" adlı işini, 1917-ci ildə isə Almaniyanın andlaşma öhdəliklərini tapdalayaraq BelçikaLüksemburqun işğalını mövzu alan " Almaniyanın Beynəlxalq Hüququna ilk müdaxilə" adlı əsərini çap etdirmişdir.

Lui Reno 1918-ci il fevralın 7-də Fransanın Barbizon şəhərində vəfat etmişdir.

Xarici keçidlər

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Louis Renault // Encyclopædia Britannica (ing.).